Sizin reklam burada

Zirədə 6 xallıq oyun

Title
Bazar günü Azərbaycan premyer-liqasının 24-cü turunun oyunları keçiriləcək. Qarşılaşmaların hamısı eyni gündə baş tutacaq. “Qəbələ” – “Qarabağ”, “Sabah” – “Neftçi” matçları “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq. “Keşlə” – “Səbail”, “Zriə” – “Sumqayıt” görüşləri isə PFL-in rəsmi “yutub” kanalı vasitəsilə izləyicilərə təqdim olunacaq.
Azərbaycan premyer-liqası
4-cü dövrə, 24-cü tur
25 aprel
93. Keşlə - Səbail
“Keşlə”nin bu rəqiblə ev oyunlarının balansı: 7:+1=1-5, 4-11.
2017/18 – 1:0, 1:1; 2018/19 – 1:2, 0:3; 2019/20 – 1:2, 0:1 2020/21 – 0:2.
Cəzalı: Amil Yunanov (Səbail).
“Futbol+”in proqnozu: 30-30-40.
Bakı. ASK Arena. Saat 18.00
Autsayderlərin duelində favorit yoxdu. Hər iki komanda son iki qarşılaşmasını heç-heçə başa vurub. “Keşlə”, ümumiyyətlə, son 13 turda qələbəyə həsrətdi. Maliyyə problemləri yaşayan “Səbail”in son pillədə qərarlaşmasını mövsümün sürprizi adlandıra bilərik. Riyazi cəhətdən hər iki komandanın bürünc medal və avrokuboklara vəsiqə şansı qalsa da, praktiki cəhətdən bunu iddia etmək olmaz. Paytaxt derbisində qalib gələn autsayderlər mövqeyindən qismən uzaqlaşacaq. Nəticələrə baxdıqda bu mövsüm “Səbail” “Keşlə”dən daha yaxşı oyun sərgiləyib. “Dənizçilər” 2020/21 “futbol ili”ndə “qırmızılar”ı 1 dəfə məğlub edib, 2 görüş isə heç-heçə nəticələnib. Ümumiyyətlə, Aftandil Hacıyevin komandası “ASK Arena”da keçirilən son 5 qarşılaşmanın hamısında qələbə qazanıb.
Komandalar Azərbaycan çempionatlarında 14 dəfə üz-üzə gəlib. Derbilərin 7-də “dənizçilər”, 3-də “qırmızılar” qələbə qazanıbsa, 4 görüşdə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda “Səbail” 17, “Keşlə” isə 12 qol vurub.
94. Zirə - Sumqayıt
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 10: +6=3-1, 18-10.
2015/16 – 3:2, 1:0; 2016/17 – 0:1, 1:0; 2017/18 – 3:1, 1:1; 2018/19 – 3:1, 2:0; 2019/20 – 2:2; 2020/21 – 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30.
Zirə. İdman Kompleksinin stadionu. Saat 19.15
Bu görüşü turun ən maraqla gözlənilən qarşılaşması adlandırmaq olar. Hər iki komanda bürünc medal uğrunda mübarizə aparır. Qələbə qazanan bu yolda böyük üstünlük əldə edəcək. Futbolda belə qarşılaşmalara “6 xallıq görüş” adı verilir. Komandaların son turlardakı nəticələri fərqlidi. “Sumqayıt” doğma meydanda “Qəbələ” üzərində inamlı qələbə əldə edib. “Qartallar” isə derbidə “Neftçi” tərəfindən darmadağın olunub – 0:4. Ümumiyyətlə, “Zirə” 6 turdu qələbətə həsrətdi.
Cari mövsümdə qeydə alınan nəticələrinə görə “kimyaçılar” “qartallar”dan üstündü. “Sumqayıt” 1 görüşdə qələbə qazanıbsa, 2 qarşılaşmada tərəflər hərəyə 1 xalla kifayətlənib. Ümumiyyətlə, komandalar Azərbaycan çempionatlarında 22 dəfə üz-üzə gəlib. Bu görüşlərin 10-da “Zirə”, 6-da “Sumqayıt” qələbə qazanıb, 6 qarşılmada qalib müəyyənləşməyib. “Qartallar” 29, “gənclik şəhəri” təmsilçisi 21 qol vurub.
95. Sabah – Neftçi
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 4:+0=0-4, 1-8.
2018/19 – 1:2, 0:2; 2019/20 – 0:2; 2020/21 – 0:2.
Cəzalı: Yusuf Laval (Neftçi).
“Futbol+”in proqnozu: 30-30-40.
Bakı. Bank Respublika Arena. Saat 19.15.
Paytaxt derbisinin favoriti “Neftçi”di. Çempionluq mübarizəsini davam etdirən flaqman bu görüşdə də qalib gəlməyi planlaşdırır. Lakin Ramin Quliyevin Visente Qomesi əvəzləməsindən sonra “Sabah”da yüksək əhval-ruhiyyə hiss olunur. “Göy-ağlar” ardıcıl 3 turdu məğlub olmur. Ümumiyyətlə, Ramin Quliyevin komandası bu qarşılaşmalarda qapısından top buraxmayıb.
Nəticələrə nəzər yetirsək, bu mövsüm “Neftçi”nin “Sabah”dan aşkar üstün olduğunu görərik. 2020/21 “futbol ili”nin bütün görüşlərində flaqman rəqibini məğlub edib: 1:0, 2:0, 2:1. Ümumiyyətlə, komandalar Azərbaycan çempionatlarında 10 dəfə münasibətləri aydınlaşdırıb. Derbilərin 9-da “ağ-qaralar” qələbə qazanıb, 1 görüş isə heç-heçə nəticələnib. Bu matçlarda “Neftçi” 21, “Sabah” 3 qol vurub. “Neftç”nin Masazırda keçirilən qarşılaşmaların hamısında qələbə qazanması maraqlı məqamlardandı.
96. Qəbələ - Qarabağ
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 24:+7=7-10, 25-28.
2006/07 – 0:2; 2007/08 – 1:2; 2008/09 – 1:2; 2009/10 – 1:1, 3:1; 2010/11 – 2:1; 2011/12 0:0, 1:0; 2012/13 – 1:1, 0:2; 2013/14 – 0:1, 0:1; 2014/15 – 2:1, 1:1; 2015/16 – 2:2, 1:2; 2016/17 – 2:0, 2:0; 2017/18 – 1:0, 0:1; 2018/19 – 1:3, 1:2; 2019/20 – 1:1; 2020/21 – 1:1
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Qəbələ. Şəhər stadionu. Saat 17.00
“Qarabağ” görüşün favoriti sayılır. Lakin ağdamlıların heyətlə bağlı ciddi problemləri var. Filip Ozobiç, Şahruddin Məhəmmədəliyev zədə səbəbindən qarşılaşmanı buraxacaq. Mahir Emreli və Xayme Romero haqda son qərarı isə həkimlər verəcək. Bundan sonra onların “Qəbələ” ilə qarşılaşmada iştirak edib-etməyəcəkləri bəlli olacaq. “Köhlən atlar” çempionluq mübarizəsində büdrəməmək üçün meydandan 3 xalla ayrılmağı düşünür. “Qəbələ” isə riyazi olaraq hələ də avrokuboklara vəsiqə və bürünc medal qazanmaq uğrunda mübarizə aparır. Bu görüşdə qələbə “qırmızı-qaralar”ın bu məqsəddən uzaqda qalmamasını şərtləndirəcək.
“Qarabağ” cari mövsümdə “Qəbələ”ni üstələyib. Ağdam klubu 2 qələbə qazanıb, 1 qarşılaşma isə heç-heçə nəticələnib. Ümumiyyətlə, komandalar Azərbaycan çempionatlarında 49 dəfə üz-üzə gəlib. Bu matçların 25-də “Qarabağ”, 10-da “Qəbələ” qələbə qazanıb. 14 görüşdə qalib müəyyənləşməyib. “Köhlən atlar” ümumilikdə 71, bölgə təmsilçisi isə 42 qol vurub. Qarşılaşmaya maraq qatan məqamlardan biri də “Qəbələ”nin 11 oyundu “Qarabağ”ı məğlub edə bilməməsidi.
1. Qarabağ 23 13 8 2 52-16 47
2. Neftçi 23 14 4 5 36-23 46
3. Sumqayıt 23 8 8 7 28-28 32
4. Zirə 23 7 11 5 24-25 32
5. Qəbələ 23 5 9 9 20-33 24
6. Səbail 23 4 9 10 20-34 21
7. Sabah 23 5 6 12 20-29 21
8. Keşlə 23 3 11 9 21-33 20
Bombardirlər: Namik Ələskərov (Neftçi) – 16, Mahir Emreli (Qarabağ) – 13, Filip Ozobiç (Qarabağ) – 11, Əli Qurbani (Sumqayıt) – 9, Davit Volkov (Zirə) – 8.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.