Sizin reklam burada

Mourinyo İspaniyaya qayıdacaq?

Title
Bazar ertəsi “Tottenhem”dən istefaya göndərilən Joze Mourinyonun tezliklə özünə yeni iş yeri tapmaq şansı var. O, yenidən İspaniyaya qayıda bilər.
Bəzi mənbələrə inansaq, 58 yaşlı mütəxəssisin “Valensiya”ya baş məşqçi təyin olunacağı gözlənilir. Klubun sahibi Piter Limin portuqaliyalı çalışdırıcının meneceri Xorxe Mendeşlə əlaqə saxladığı bildirilib. İddiaya görə, Mourinyo özü də La Liqada komanda çalışdırmaq perspektivinə müsbət yanaşır. Qeyd edək ki, Mourinyo La Liqa klublarından “Barselona”da məşqçi, “Real”da isə baş məşqçi kimi işləyib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.