Sizin reklam burada

“Real” və “Yuventus” ÇL-ə buraxılmaya bilər

Title
Avropa Superliqası layihəsinin ən azı bu il reallaşmayacağı dəqiqdi. Bu layihəyə qol çəkən əksər klublar geri addım atsa da, bəzi nəhənglər cəzalanmaq təhlükəsi ilə üzləşiblər.
“Real” və “Yuventus”un bossları layihənin gec-tez həyata keçəcəyinə inamını gizlətmirlər. Bu klublar məlum ideyadan vaz keçmədikləri üçün ciddi sanksiyalarla üzləşə bilərlər. “La Gazzetta dello Sport”un yazdığına görə, UEFA rəhbərliyi klubların hərəkətlərindən və baş tutmayan turnirin digər iştirakçılarından fərqli olaraq məlum fikirdən əl çəkməməsindən narazıdı. Təşkilatın İcraiyyə Komitəsinin (İK) bir sıra üzvləri “Real” və “Yuventus”un mümkün qədər sərt şəkildə cəzalandırılmalı olduğunu düşünürlər. Onlar bu klubların gələn mövsüm Çempionlar Liqasına buraxılmamalı olduğunu vacib sayırlar. İK-nın bəzi üzvləri isə sanksiyaların bu dərəcədə ağır olacağına əmin deyillər. UEFA-da bu məsələnin müzakirəsi bu gün olacaq. Xatırladaq ki, “Real”ın prezidenti Florentino Peres Superliqanın rəhbəri, onun “Yuventus”dan olan həmkarı Andrea Anyelli isə hələ ki kağız üzərində olan təşkilatın vitse-prezidenti seçilmişdi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.