Bilbao AÇ-2020-yə evsahibliyi edəcək şəhərlərin siyahısından çıxarılıb. Bu məlumatı Bilbao Şəhər Şurasının rəsmi saytı yayıb.
Məlumatda belə deyilir: “UEFA bizə birtərəfli qaydada “San Mames”i AÇ-2020-nin oyunlarını qəbul edəcək stadionların siyahısından çıxarmaq qərarına gəldiyini bildirib”. UEFA bu addımı İspaniya şəhərinin azarkeşlərin stadionlara buraxılacağı ilə bağlı təminat vermədiyi üçün atıb. “Marka” qəzetinin yazdığına görə, Bilbao bələdiyyəsi UEFA-nın qərarı ilə razılaşmır və müqavilənin şərtləri pozulduğu üçün bu təşkilatdan təzminat tələb etmək niyyətindədi.
Bilindiyi kimi, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınıb. 11 iyun - 11 iyul tarixlərində təşkil olunacaq nəhəng turnirə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidi. Lakin Münhen və Dublin də hələ ki qitə futbol qurumuna azarkeşlərlə bağlı təminat verməyib. Yeri gəlmişkən, UEFA-ya təminat verən Bakı A qrupunun üç və 1/4 finalın bir oyununu qəbul edəcək.
Son xəbərlərə görə, AÇ-2020-nin daha çox oyunu İngiltərədə keçiriləcək. “The Telegraph” nəşrinin məlumatında UEFA-nın İngiltərə Futbol Assosiasiyasının Avropa Superliqasına qarşı mübarizədə iştirakına görə təşəkkür olaraq bu qərarı qəbul edəcəyi bildirilir. “Uembli” stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 finalın bir oyunu, yarımfinal matçları və finala evsahibliyi etməlidi. Londondakı arenanın yükü bir qədər də arta bilər. Belə ki, Bilbao artıq təşkilatçılıq hüququnu itirib. Müvafiq təminatı verə bilməyən Münhen (Almaniya) və Dublin (İrlandiya) də AÇ-2020-nin oyunlarını qəbul edəcək şəhərlərin siyahısından çıxarıla bilər. UEFA oyunlara azarkeş buraxılmasına görə təminat təqdim etməyən təşkilatçı şəhərlərə son olaraq aprelin 23-nə, yəni bu günə qədər vaxt verib.

Son xəbərlər

“Çelsi” “Lester”in oyunçusu ilə razılığa gəldi

“Komandamın ifasında aqressiv futbol görmək istəyirəm” - Laurentsiu Regekampf

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

“Neftçi” - “Kəpəz” matçında qol yağışı - YENİLƏNİB

“İnter” oyunçusunu icarəyə verdi

İngiltərədən İtaliyaya yollandı

“Qarşıdakı turlarda daha yaxşı komanda görəcəyik” - Elmar Baxşıyev

“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

“Neftçi”də ciddi itki

Millimiz məğlub oldu - KONYA-2021

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

De Byazi bu gün Bakıda olacaq

“Füzuli”nin prezidenti “Neftçi”nin futbolçusunu təhqir etdi

Bernardo Silva “Mançester Siti”dən ayrılacaqmı? - MÜSAHİBƏ

"Liverpul"da yeni müqavilə

Kostiç "Yuventus"da

"Sampdoriya"dan yeni transferlər

"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

Bütün xəbərlər