Peres Superliqanın iflası haqda danışdı
Superliqa layihəsi gerçəkləşməsə də, söz-söhbət, fikir mübadiləsi, dartışmalar davam edir. Təbii ki, diqqət mərkəzində olan fiqurlardan biri də “Real”ın prezidenti Florentino Peresdi. Yeni qurumun ideya rəhbəri və əsas ideoloqu yenə maraqlı açıqlamalar verib: “Bu layihə üzərində uzun illər işlədik. Ancaq bəlkə də onu yetərincə çatımlı şəkildə izah edə bilmədik. Bir qədər pərişan və məyusam. Üç il çalışdıq, İspaniya futbolundakı indiki maliyyə vəziyyəti ilə mübarizə apardıq. Layihəni anlamaq asandı. La Liqaya toxunmaq olmaz, bu üzdən həftəortası oyunlarda çox qazanmaq istəyərdik, çünki Çempionlar Liqasının formatı köhnəlib. UEFA-nın rəhbərindən və La Liqanın qalan klublarının prezidentlərindən hədsiz aqressivlik gördüm. Heç vaxt belə şey görməmişdim - təhdidlər, təhqirlər... Sanki biz kimisə, futbolu öldürmüşük. Biz yalnız pandemiyadan sonra futbolun xilası üzərində çalışırıq. Bu il “Real”ın gəlirləri 900 miyon avrodan 600 milyona düşüb”.
Peresin növbəti açıqlaması İngiltərə klubları haqda olub, daha doğrusu, oxu atıb, amma yayı gizlədib: “İngiltərənin altı klubundan biri Superliqaya xüsusi maraq göstərmədi və başqalarını yoluxdurmağa başladı. Həmin komandanı biz heç cür inandıra bilmədik. “Mançester”in sahibləri təbliğat aparmağa başladılar ki, guya qapalı liqa yaradırıq, təsisçi klublara isə pul verilməyəcək”.
Maraqlıdı ki, Peres söhbətin MY-dən, yoxsa MS-dən getdiyini açıqlamamaqla hamını dolaşığa salıb. Axı şəhərin hər iki klubu layihədə təmsil olunurdu.
Peres hələ də Superliqa layihəsinin gələcəyinin olduğunu düşünür: “Ola bilməz ki, İngiltərədə 6 klub pul itirsin, qalan 14-ü onu qazansın. Və ya İspaniyada 3 aparıcı komanda itirsin, qalanları pul alsın. Belə davam etməsi mümkün deyil, indi məhz zənginlər pul itirir. “Yuventus” və “Milan” layihədən çıxmayıb. “Barsa” düşünür. Ola bilər ki, nəyisə dəyişək: bura premyer-liqada ilə La Liqanın hərəsindən top-4 daxil olsun. Əsas odu ki, böyük klublar bir-biri ilə oynasın və uşaqlar futbola baxsın. Futbol böyük klublara söykənir. Həmişə belə olub. Ronaldo ilə Messinin dueli yalnız “Real”la “Barselona” üçün yox, İspaniya, ümumiyyətlə, dünya futbolu üçün görkəmli hadisə idi”.
Peres “Milan”la “Yuventus”un layihədən çəkilmədiyini deyir. Halbuki “Milan” aprelin 21-də Superliqada olmayacağını belə əsaslandırıb: “Azarkeşlər aydın şəkildə narazılığını çatdırdı”. “Yuventus” da bəyanatla çıxış edib: “Layihənin idman və kommersiya gücünə inanırıq, ancaq indi onun gerçəkləşmək şansı azdı”.
Superliqa layihəsi ilə bağlı daha bir cəlbedici nüans var. Əzəli-əbədi rəqiblər olan “Real”la “Barselona” bu gün eyni düşərgədədi. Bizə elə gəlir ki, hadisələrin belə axarında ilk növbədə “Barsa”nın yeni prezidenti Xuan Laportanın hiyləgərliyini qeyd etmək lazımdı. Belə ki, Laporta klubun layihəyə qoşulub-qoşulmamasını üzvlərin açıq səsverməsinə çıxaracağını deməklə hiyləgər strateji addım atıb. Hər halda, Kataloniya paytaxtından da bu yöndə maraqlı xəbərlər gəlməkdədi. “Barsa”nın baş məşqçisi Ronald Kumanın fikirləri: “Futbolçular hədsiz çox oyun keçirir. Hamı Superliqa, Çempionlar Liqası haqda danışır… Ancaq UEFA hədsiz çox oyun keçirən futbolçuları iqnor edir. Yalnız pulun önəmi var. Artıq illərdi dəyişikliklər haqda danışırıq. Öz təcrübəmə söykənsəm, mətbut konfranslarında futboldan kənar olan şeylərdən danışmaq hamının xoşuna gəlir. Mən isə taktika, oyunun təhlili haqda daha tez-tez danışmaq istəyərdim. Ancaq anlayıram ki, hamıya maraqlı olan futboldankənar yönlərdi”. Bu mövzu ilə bağlı başqa heç nə demək istəmirəm”.
Yenidən suallarla üzləşən Kuman Superliqa ətrafında danışmalı olub: “Dünən prezidentlə danışdım, o mənə klubun mövqeyini izah etdi. Bu durum ətrafında o qədər çox şey baş verib ki, yaxşısı öz fikrini bildirməməkdi. “Barselona” üçün yaxşı olanı istəyirəm. Mən mətbuat katibi deyiləm, izahatı prezident verməlidi. Mənim işim komandanın hazırlığı ilə məşğul olmaqdı. Ancaq sizin belə suallar verməyiniz də normaldı”.
Bir neçə gün əvvəl “Barsa”nın prezidenti Laportanın FİFA və UEFA-nın turnirlərdən gələn qazancı bölüşdürmə qaydasından narazı olduğuna dair xəbər yayılmışdı. O, Kuman və “Barsa”nın 4 kapitanı ilə layihə elan olunandan dərhal sonraq baş tutan görüşdə Superliqaya qatılmağın əsas səbəbi kimi məhz bu məqamı qabardıb. Prezident əvvəlcə Kumanla görüşüb, ardından kapitanlarla. O, həmin görüşdə bildirib ki, “Barsa” Superliqa məsələsində öz maraqlarını qorumalıdı. Koronavirus üzündən klubların ciddi maliyyə böhranı yaşadığını nəzərə alsaq, əkav gəlirlər üçün yollar axtarmaq lazımdı. Laportanın fikrincə, klublara bölgü zamanı hədsiz az pul düşür. Kuman və kapitanlar prezidentin izahatını anlayışla qarşılayıb və qəbul ediblər.
Mövzuya sözardı kimi onu da əlavə edək ki, UEFA-nın prezidenti Aleksander Çeferin Peresin ona ünvanladığı iitihamları cavabsız qoymayıb: "Onun sözləri məni burda qalmağa daha çox təşviq edir. Peres dediklərinə tabe olan, onu dinləyən və özünün düşündüyünü edən UEFA prezidenti istəyir. Mən isə Avropa və dünya futbolu üçün yaxşı olanı edirəm".
Çeferin ÇL-in cari mövsümündə yarımfinal oyunlarının keçirilməməsi ehtimalına da toxunub: “Burda kritik məqam cari mövsümün artıq başlamasıdı. Matçlar keçirilməsə, yayınçılar bizi məhkəməyə verə bilərlər. Ancaq gələcəkdə işlər dəyişəcək".
Bir daha xatırladaq ki, aprelin 18-dən 19-na keçən gecə 12 klubu birləşdirən Superliqanın yaradıldığı elan olunub. Aprelin 20-də isə Superliqa rəhbərliyi ilk növbədə İngiltərənin 6 klubunun imtinası üzündən layihəni dayandırıb.
ORXAN

Son xəbərlər

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Karateçimiz Dünya Oyunlarında iştirak edəcək

"Qarabağ"la oyun öncəsi son məşq - FOTOLAR

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Bütün xəbərlər