Sizin reklam burada

“Qarabağ” yenə “Sumqayıt”ı səfərdə məğlub edə bilmədi

Title
Ölkə kuboku, yarımfinal, ilk oyun
9. Sumqayıt – Qarabağ (Ağdam) 0:0

13. Aydın Bayramov
21. Cabir Əmirli
3. Vurğun Hüseynov (k)
14. Elvin Bədəlov
4. Höccət Haqverdi
78. Dmitri Nağıyev
60. Elvin Məmmədov
(6. Vüqar Mustafayev, 76)
33. Eltun Turabov
17. Murad Xaçayev
20. Rüfət Abdullazadə
(10. Rəhim Sadıxov, 46)
11. Mehdi Şərifi
(9. Əli Qurbani, 62)
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
71. Hüseynəli Quliyev
97. Xəyal Nəcəfov
7. Tellur Mütəllimov
22. Cavid İmamverdiyev
30. Nəbi Məmmədov
18. Süleyman Əhmədov
8. Səbuhi Abdullazadə
85. Rüstəm Hümbətov
Baş məşqçi: Ayxan Abbasov

12. Emil Balayev
5. Maksim Medvedev (k)
81. Kevin Medina
55. Bədavi Hüseynov
(10. Abdulla Zubir, 46/
4. Rahil Məmmədov, 72)
30. Abbas Hüseynov
2. Qara Qarayev
18. İsmayıl İbrahimli
44. Elvin Cəfərquliyev
8. Uroş Matiç
27. Toral Bayramov
7. Kvabena Ovusu
Ehtiyat oyunçular
94. Ayhan Arazlı
66. Cavid Bayramov
21. Rauf Hüseynli
29. Zamiq Əliyev
83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Vərəqə: İ.İbrahimli, 45 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
21 aprel. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Start “11-liy”inə baxanda da görmək olardı ki, hər iki komanda meydana əsas heyətin bəzi oyunçuları olmadan çıxıb. Ayxan Abbasov “Zirə” ilə qarşıladakı çempionat oyununa görə rotasiya etməyi lazım bilmişdisə, Qurban Qurbanov məcburiyyətdən bu addımı atmışdı. Heç kimə sirr deyil ki, son günlər ağdamlıların düşərgəsi lazareti xatırladır. Andradenin, Romeronun, Emrelinin, Məhəmmədəliyevin yenə zədəsini sağaldıb yaşıl meydana dönmək şansı qalıbsa, Ozobiç üçün mövsüm artıq bitib.
…İlk yarıda komandalar daha ehtiyatlı oynayır, müdafiənin qayğısına qalırdılar. Bu üzdən mübarizə əsasən meydanın mərkəzində gedirdi. Qonaqların müəyyən ərazi üstünlüyü olsa da, bir dəfə də yaddaqalan təhlükəli vəziyyət yarada bilmədilər. “Kimyaçılar” isə müdafiədə sıx oynamaqla rəqibə boş zonalar vermirdilər.
Fasilədən sonra oyun bir qədər canlandı ki, bu da sumqayıtlıların heyətində Rəhim Sadıxovla Əli Qurbaninin meydana çıxması ilə bağlı idi. Birinci hissədə tam qapanan “ağ-göylər” ikinci hissədə açıq oyuna üstünlük verməyə, rəqib qapısına doğru irəliləməyə çalışırdılar. Bununla belə, nə onlar, nə də qonaqlar 90 dəqiqə boyunca heç bir yüzfaizlik qol vəziyyəti yaratmadılar. Son 10 dəqiqədə “Qarabağ” sumqayıtlıları öz qapısına doğru sıxışdırmağı bacarsa da, tablodakı sıfırlar dəyişmədi və oyun qolsuz bitdi. Aprelin 29-da keçiriləcək cavab görüşündən sonra dünənki 0:0-ın kimin işinə yaradığını biləcəyik.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.