Sizin reklam burada

“Sumqayıt” rəqibin problemlərindən maksimum yararlandı

Title
90. Sumqayıt – Qəbələ 2:0 (0:0)
1. Mehdi Cənnətov – 5,5
7. Tellur Mütəllimov – 5,5
5. Camaləddin Xocaniyazov – qiymətsiz
(3. Vurğun Hüseynov, 9) – 5,5
14. Elvin Bədəlov - 5,5
4. Höccət Haqverdi – 5,5
18. Süleyman Əhmədov – 5,0
6. Vüqar Mustafayev (k) – 5,5
60. Elvin Məmmədov – 5,5
97. Xəyal Nəcəfov – 5,5
(20. Rüfət Abdullazadə, 71) – 5,0
10. Rəhim Sadıxov – 6,0
9. Əli Qurbani – 5,0
(11. Mehdi Şərifi, 78) – qiymətsiz
Ehtiyat oyunçular
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
33. Eltun Turabov
22. Cavid İmamverdiyev
78. Dmitri Nağıyev
21. Cabir Əmirli
17. Murad Xaçayev
30. Nəbi Məmmədov
8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rəhim Sadıxov

1. Anar Nəzirov (k) – 4,0
71. Rüfət Əhmədov – 4,5
13. Yurgen Qoxa – 4,5
(9. Ehtiram Şahverdiyev, 71) – 4,0
2. Vinko Medimoreç – 5,0
28. Murad Musayev – 4,5
26. Stefan Vukçeviç – 5,5
6. Kamal Mirzəyev – 4,5
32. Nikolas Raysel – 4,5
(74. Yusif Nəbiyev, 74) – 4,0
11. Asif Məmmədov – 4,5
(70. Ülvi İsgəndərov, 40) – 4,0
32. Nikolas Raysel – 4,5
(74. Yusif Nəbiyev, 74) – 4,0
23. Rafael Utriq – 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
14. Cavid Hüseynov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
27. Mehrac Baxşalı
Baş məşqçi: Elmar Baxşıyev.
Komandanın ən yaxşısı: Stefan Vukçeviç
Qollar: R.Sadıxov, 66 (1:0). Ə.Qurbani, 75 (2:0, H.Haqverdi).
Vərəqələr: T.Mütəllimov, 45+3 (hakimin qərarına etiraz). K.Mirzəyev, 46 (qeyri-idman hərəkəti). V.Hüseynov, 49 (qeyri-idman hərəkəti). R.Muradov, 54 (qeyri-idman hərəkəti). Ə.Qurbani, 59 (qeyri-idman hərəkəti). M.Musayev, 63 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
16 aprel. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Birinci hissəyə 4, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Avrukoboka yollanmaq arzusunda olan “Qəbələ” Sumqayıta ciddi itkilərlə gəlmişdi. Elmar Baxşıyev Merab Qiqauri, Ceyms Adeniyi kimi təcrübəli futbolçuların xidmətindən məhrum olmuşdu. Hər iki futbolçu cəza səbəbindən “kimyaçılar”la oyunu buraxmaq məcburiyyətində idi. Bu azmış kimi, bəribaşdan deyək ki, bu görüşdə oyun qurucusu funkisiyasını yerinə yetirən Asif Məmmədov da 40-cı dəqiqədə zədələndiyindən qarşılaşmanı başa vura bilmədi ki, bu da qonaqların oyununa ciddi təsir etdi. Məhz o meydandan çıxandan sonra “qırmızı-qaralar”ın oyun nizamı pozuldu, komanda müdafiədən hücuma çıxmaqda çətinlik çəkdi. İlk yarıda bərabər səviyyəli oyun izlədiksə, fasilədən sonra üstünlüyü ələ keçirən meydan sahibləri daha aqressiv futbol sərgilədi, tez-tez Anar Nəzirovun oyuna quşulmasına nail oldular. Baxşıyevin yetirmələri 65-cı dəqiqəyə qədər qapının toxunulmazlığını qoruya bildi. Bir dəqiqə sonra isə Sadıxov təxminən 25 metrdən qarşısıalınmaz zərbə ilə hesabı açdı. Cərimə zərbəsi zamanı Xəyaldan ötürmə alan Rəhim bir qədər irəliləyib topu tirin altına göndərdi ki, Nəzirov “mərmi”ni ancaq seyr etməklə kifayətləndi. Sadıxov fərqləndiyi epizoda qədər artıq bir dəfə diqqət mərkəzinə düşməyi bacarmışdı. Yarımmüdafiəçi 57-ci dəqiqədə cərimə meydançasına daxil olub qapını nişan alsa da, zərbəsində cüzi dəqiqlik çatmamışdı. 75-ci dəqiqədə isə “kimyaçılar” hesab arasında fərqi iki topa çatdırdı. Bu dəfə Əli Qurbani adını tabloya yazdırdı. Korner vuruşu zamanı Höccət başla Qurbaniyə ötürmə etdi. Forvard isə onun bu əməyini lazımınca dəyərləndirdi və mövsümdə 9-cu qolunu vurdu. Qalan dəqiqələrdə qonaqlar çox çalışsalar da, Cənnətovu məyus edə bilmədilər və oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşdı.
RƏŞAD

Reaksiyalar
Elmar Baxşıyev: “Oyunun ağır keçəcəyini bilirdik. Ceyms Adeniyi, Merab Qiqauri cəza səbəbindən oyunu buraxırdı. Nikolas Raysel isə iynə hesabına meydana çıxmışdı. Onların boşluğunu tam doldura bilmədik. Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Çox istəkliydilər. Bu gün ümumi oyun planında çatışmazlıq var idi. Matçı müəyyən oyunçular üzərində qurursan, onlar olmadıqda rotasiyalar edirsən və bu da keyfiyyətdə özünü göstərir. Amma ruhdan düşməmişik. Asif komandanı həm müdafiə, həm də hücum planında toparlaya biləcək futbolçudu. Amma itki təkcə o deyildi. Zədəli və cəzalı futbolçularımız qayıdandan sonra komandanı toparlayacağımıza ümid edirəm".
Ayxan Abbasov: “Kritik oyunda önəmli qələbə qazandıq. Rəqib xal qazansaydı, bu, bizə çətin anlar yaşada bilərdi. İkinci hissədə futbolçularımız üstün, taktiki cəhətdən düzgün oynadılar. Komandamı və azarkeşlərimizi təbrik edirəm. Sonadək vuruşacağıq. "Qarabağ"a 1:4 hesabı ilə uduzsaq da, komanda ümidverici oyun sərgiləmişdi. Belə məğlubiyyətlərdən sonra komandanın toparlanması, ruhunun yerində olması önəmlidi. Məncə, vəziyyətdən çıxa bildik. Camaləddin Xocaniyazovun vəziyyətinə sabah aydınlıq gələcək. Ümid edirik ki, zədəsi iki həftədən çox çəkməyəcək. Rəhim Sadıxovun Ukrayna klubundan təklif almasına gəlincə, onun bizimlə müqaviləsi var. Ukrayna klubundan təklif alması barədə bizə heç nə deyilməyib. Hansı klub xidmətində maraqlı olsa, ilk növbədə bizə müraciət etməlidi. Bu gün hansısa futbolçuya rahatlıqla qalmasını təklif edə bilmirik. Onların komandada qalıb-qalmaması büdcədən asılıdı. Çempionat bitəndən sonra rəhbərliklə bu barədə söhbət edəcəyik".

Gözdən qaçmadı
* Matçdan öncə “Sumqayıt”ın heyətində premyer-liqada 100 oyun keçirən Xəyal Nəcəfova komandanın arxasında “100” yazılan forması təqdim olundu. Hədiyyəni ona klub prezidenti Riad Rəfiyev verdi.
* Sumqayıtdakı oyunu izləyənlər arasında yığmanın baş məşqçisi Canni de Byazi də var idi.
* Baxımlı qola imza atan Rəhim Sadıxov sevincini bölüşmək üçün tribunaya tərəf qaçaraq üzünü VİP-lojada əyləşən Canni de Byazi və klub prezidenti Riad Rəfiyevə tutaraq sanki “mən belə qollar da vurmağı bacarıram” mesajını verdi.
* “Qəbələ” rəhbərliyi stadiona hakimin start fitindən təxminən 10 dəqiqə sonra təşrif buyurdu.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.