Sizin reklam burada

Sönük oyunun məntiqi nəticəsi – 0:0

Title
92. Keşlə - Sabah (Bakı) 0:0
85. Kamal Bayramov – 4,5
8. Tural Axundov – 4,5
19. Azər Salahlı – 4,5
4. Şəhriyar Əliyev – 4,5
2. İlkin Qırtımov (k) – 4,5
14. Turan Vəlizadə - 4,0
29. Yevgeni Koçuk – 4,5
17. Vüsal İsgəndərli – 4,0
(91. Sadio Tonkara, 46) – 4,0
7. Rəhman Hacıyev – 5,0
(99. Rafael Məhərrəmli, 86) – qiymətsiz
10. Sezar Meza Kolli – 4,5
9. Anatole Abanq – 4,5
(11. Silvio Rodriges, 69) – 4,0
Ehtiyat oyunçular
36. Süleyman Süleymanov
18. Ruslan Əmircanov
20. Rail Məlikov
23. Nicat Qurbanov
25. Con Kamara
22. Elçin Mustafayev
79. Bahadur Həziyev
64. Kənan Cəfərov
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev

94. Nicat Mehbalıyev – 5,0
19. Təmkin Xəlilzadə - 4,5
4. Bəhlul Mustafazadə (k) – 4,5
13. Filip İvanoviç – 4,5
3. Zurab Oçiqava – 4,5
30. Mario Marina – 4,5
7. Coşqun Diniyev – 4,5
28. Kevin Kubemba – 4,5
26. Fofana Tiemoko – 4,5
(33. Camal Cəfərov, 84) – qiymətsiz
9. Xulio Sezar Rodriges – 4,5
90. Ramil Şeydayev – 4,5
Ehtiyat oyunçular
1. Saşa Stamenkoviç
31. Rustəm Samiqullin
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
34. Bəxtiyar Həsənalızadə
48. Dmitri Klots
2. Amin Seydiyev
6. Şakir Seyidov
29. Ceyhun Nuriyev
Baş məşqçi: Ramin Quliyev
Komandanın ən yaxşısı: Nicat Mehbalıyev
Vərəqələr: B.Mustafazadə, 34 (qeyri-idman hərəkəti). M.Marina, 37 (qeyri-idman hərəkəti). Z.Oçiqava, 46 (qeyri-idman hərəkəti). R.Əmircanov, 79 (hakimin qərarına etiraz). T.Vəlizadə, 80 (qeyri-idman hərəkəti). S.Rodriges, 82 (oyunun bərpasını ləngitmək). Ş.Əliyev, 90+1 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
17 aprel. Bakı. ASK Arena. Tamaşaçısız.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 4,5.
“ASK Arena”da turun ən maraqsız qarşılaşmasını izlədik. Hər iki komandanın bir-birindən çəkindiyi aşkar hiss olunurdu. Normalda paytaxtın iki klubu qarşı-qarşıya gəlsə də, derbi adına əsər-əlamət yox idi. Görüşün ən maraqlı hadisəsi “Sabah”ın 4-cü qolkiperi Nicatın “göy-ağlar”ın heyətində debüt etməsi idi. Ramin Quliyevin ona güvənməsi alqışalayiq addımdı.
12 tur qələbəyə həsrət qalan “Keşlə”də zədəlilər sağalaraq sıraya dönmüşdülər. Bu səbəbdən də Sənan Qurbanov 4-5-1 taktikasından istifadə etmişdi. Qapıda Kamal yer almışdı. Müdafiədə Tural, Azər, Şəhriyar və İlkin çıxış edirdi. Dayaq yarımmüdafiəçisi kimi neçə vaxtdı özünü doğrultmayan Turan şans qazanmışdı. Zədəsi sağalan Koçuk mərkəz, Rəhmanla Vüsal isə cinah yarımmüdafiəçiləri kimi çıxış edirdilər. Pleymeyker Meza Kolli 4-cü dövrədə ilk oyununa çıxmışdı. Hücumun sivri ucunda Abanq yer alırdı.
Ramin Quliyev isə maraqlı taktiki sxemlə komandanı meydana çıxarmışdı. “Sabah”ın düzülüşü 4-4-2 sxeminə uyğun gəlsə də, oyunun gedişində tez-tez 3-5-2-yə keçid edirdilər. Yuxarıda qeyd etdiyimiz kimi, görüşün ən maraqlı hadisəsi Nicatın debütü idi. Müdafiədə Təmkin, Bəhlul, Filip və Zurab çıxış edirdi. Dayaq yarımmüdafiəçisi kimi Mario və Coşqun, cinahlarda isə Kevin - Fofana cütlüyü çıxış edirdi. Hücumda Ramillə Xulio qol vurmağa çalışırdı.
Müqayisə etsək, “Sabah” “Keşlə”yə nisbətən daha üstün oyun nümayiş etdirirdi. İkinci hissədə Fofana və Kevin qol vurmağa yaxın olsa da, əvvəlcə dirək, sonra Kubembanın qeyri-dəqiq oyunu hesabın açılmasına mane oldu. “Keşlə”də isə yalnız Sezar fərqlənməyə yaxın oldu. Onun təxminən 40 metrdən zərbəsində cüzi dəqiqlik çatmadı. Beləliklə, derbidə hesab açılmadı. Bununla da Sənan Qurbanovun komandası ardıcıl 13-cü qarşılaşmada qələbəyə həsrət qaldı. “Sabah” isə ardıcıl 3-cü oyunda qapısını toxunulmaz saxladı.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Oyunun iştirak ərizəsində yer almayan Alvaro Vilyet tribunadan matçı izləyənlər arasında idi. Onun əlindəki termosdan istifadə edərək çay içməsi maraqlı görüntü idi.
* Qarşılaşmanı “bravo derbisi” adlandırsaq, yanılmarıq. Hər iki komandanın həm ehtiyat oyunçular skamyasında oturanlar, həm də klub rəsmiləri bütün epizodların sonunda futbolçulara motivasiya vermək üçün bu sözdən istifadə edirdilər.
* Ardıcıl iki vəziyyətdə suni ofsayd yaratmağa çalışan “Keşlə”nin niyyəti baş tutmadı. “Sabah” bu epizodlardan yararlana bilmədi. Müdafiəçilərinin səhvinə olduqca əsəbləşən Sənan Qurbanov Azər Salahlıya “düzgün oynayın, ...”, - deyə əsəbləşdi.
* Sona yaxın oyunun bərpa olunması üçün top tapılmırdı. Baş hakim Elçin Məsiyev “Keşlə”nin ehtiyat oyunçular skamyasına yaxınlaşaraq “meydan sahibi komanda, top təşkil edin”, - deyə müraciət etdi.
* 90+1-ci dəqiqədə Ramil Şeydayevə qarşı qayda pozuntusu qeydə alındı. Forvard topu əli ilə saxlayaraq oyunu tez başlatdı. Bu zaman Elçin Məsiyev zərbənin təkrarlanmasını istədi. Buna əsəbləşən Ramil 4-cü hakim Rəhim Həsənova “sən görürsən axı, top dığırlanmır. Dayandırıb, sonra başlatmışam”, - deyə əsəbləşdi.

Reaksiyalar
Ramin Quliyev: "O qədər də maraqlı oyun alındığını deməzdim. Amma hər iki komanda meydanda mübarizə apardı, qol vəziyyətləri yaratdı. Məncə, hesab oyuna görə oldu. Deməzdim ki, futbolçularımız əllərindən gələni etmədilər. Sadəcə, sonluqların çatmaması, axırıncı ötürmələrin verilməməsi və zərbələrin vurulmaması qolsuz oyuna səbəb oldu. Lakin komandamın əzmkar və istəkli olması, meydanda bir komandanın görünməsi məni sevindirir... Bu, Nicat Mehbalıyevin ilk oyunu idi. Gənclərdən ibarət yığmanın əsas qapıçısıdı. Düzdü, hazırda aşağı pillələrdəyik. Amma belə oyunlarda Nicata şans verməliyik. Klub olaraq bilmək istərdik ki, o, gələcək planlarda varmı? Bu baxımdan Mehbalıyevi təbrik edirəm, əsas qapıçımız Saşa Stamenkoviçin yoxluğunu unutdurmadı. Nicatın qapıda etibarlı olması mənim üçün sevindiricidi. Rüstəm Samiqullinə də şans verməyimiz gözlənilir. Alvaronu ona görə heyətə salmadıq ki, Nicata nəsə olsa, yaş limitinə düşən digər qapıçımız Samiqullini meydana buraxaq. Növbəti oyunlarda Nicat da, Rustəm də ilk "11-lik"də yer alacaq. Bu dönəmdə gənc qolkiperlərə şans verməliyik ki, məharətlərini göstərsinlər... Yalnız "Zirə" ilə 3-cü turun matçında top buraxmamışdıq. Sonrakı görüşlərin hamısında komandamız hər oyunda qapısında qol görmüşdü. 3 oyundu top buraxmamağımız müsbət haldı”.
Sənan Qurbanov: "Həm rəqib komanda, həm də biz çoxlu top itirdik. Bu səbəbdən güc itkiləri daha çox oldu. Hər iki tərəf qalib gələ bilərdi. Amma məncə, ədalətli nəticə qeydə alındı. Son pillədən qurtulmaq üçün öz meydanımızda qalib gəlməyə çalışdıq. Amma bu gün də alınmadı. Yaxşı bərpa olunmalıyıq. Çünki 4 gündən sonra ölkə kubokunun yarımfinalında "Zirə" kimi ciddi rəqibə qarşı çıxış edəcəyik. İşimiz daha çətin olacaq. Bu gündən futbolçuları bərpa edərək, oyuna hazırlamağa çalışacağıq... Bəzən insan özündə olmur. Oyunu təhlil edəndə bilirdik ki, rəqib uzun ötürmələrdən istifadə edəcək. Hər zaman demişəm ki, bunun qarşısını almağa çalışmalıyıq. Təəssüf ki, dediyimizin əksi oldu. Sevmədiyim, qapımızın önünə görmək istəmədiyim ötürmələr gəlirdi. Buna görə özümdən çıxdım, əsəbi oldum və aqressiv reaksiya göstərdim... Həm işləyir, həm də danışırıq. İstəyirik ki, hücumçularımız qol vursun. Məhsuldarlığımız aşağıdı, bombardirimiz müdafiəçi Azər Salahlıdı. İşimiz nöqsanları aradan qaldırmaqdı. Çalışacağıq ki, növbəti oyunlarda qol vuraq, qələbə qazanaq. Təcrübəli futbolçulara da ehtiyacımız var. Heyəti müəyyənləşdirəndə mütləq limiti qorumalıyıq. Son günlər İlkin Qırtımov həm məşqdə, həm də oyunlarda yaxşı görünür. Rafael Məhərrəmli də eyni cinahda çıxış edir. Lakin Qırtımovu itirməmək üçün bu addımı atdıq. Turan Vəlizadə gənc futbolçudu, əlindən gələni edir. Amma əsas heyətdə yer qazanmaq üçün öz üzərində çox çalışmalıdı. Limitlə bağlı seçimimiz çox deyil”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.