Klublar Komitəsinin son iclasının nə vaxt keçirildiyini artıq çoxları xatırlamır. Pandemiyaya qədər olan müddətə az qala hər ay bir araya gələn komitə üzvləri ötən ilin martından bəri cəmi iki dəfə onlayn qaydada iclas keçiriblər. 2021-ci ildə, ümumiyyətlə, komitənin toplantısı olmayıb. Bəlkə ölkə futbolunda problemlər aradan qalxıb, xəbərimiz yoxdu və bu üzdən premyer-liqa təmsilçilərinin nümayəndələri müzakirə etməyə mövzu tapmırlar? Xeyr, əksinə, bu zaman kəsiyində yetərincə müzakirə olunmalı və həllini gözləyən məsələ ortaya çıxıb. Lakin nədənsə Klublar Komitəsi toplantı keçirmir, qış yuxusuna necə gedibsə, hələ də ayılmayıb.
Məsələ ilə bağlı komitənin sədri, “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə danışdıq. Riad bəy duruma belə aydınlıq gətirdi: