Sizin reklam burada

Azərbaycan tarixində bir ilk

Title
Kiberidman üzrə yarışlar təşkil edən “Gaming League Azerbaijan” ilk transferini rəsmiləşdirib. “Gaming League Azerbaijan”ın yetirməsi Cavid Qurbanov 25 min manat qarşılığında “Guardians of the Maiden Tower” klubu ilə müqavilə bağlayıb.

1999-cu ildə Bakıda anadan olan Qurbanov uşaq yaşlarından kiberidmanla maraqlanır. GLA tərəfindən keçirilən Milli Liqa yarışlarında qələbə qazanıb, dəfələrlə mükafatçılar sırasında yer alıb. MDB çempionatında Azərbaycan üzrə ən yüksək nəticəni göstərib. “FIFA EuroCup” turnirində ikinci yeri tutub.

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov transfer haqda bunları deyib:

“Cavid Qurbanov Azərbaycan kiberidmanında ən güclü oyunçu-geymerlərdən biridi. Onun transferinə marağı təbii qarşıladıq. Buna görə oyunçunun dəyəri müəyyənləşdirildi və transferə 25 min manat tələb olundu. Avropa kiberidmanıyla müqayisədə cüzi görünən məbləğ Azərbaycanda ilkdi. Əsas kiberidmanın həm də oyunçulara maddi baxımdan gəlir gətirməsidi”.


Cavid Qurbanovun transfer olunduğu “Guardians of the Maiden Tower” Azərbaycanın ilk kiberidman klubudu. Hazırda dünya reytinqində 18-ci, MDB ölkələri arasında isə 3-cü pillədədi.

Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.