Rüstəm Allahverdiyev: “PFL-ə təqdim etdiyimiz sənəddə ikinci stadion kimi “Dalğa Arena”nı göstərmişik”
Aprelin 17-də keçiriləcək “Neftçi” – “Zirə” matçından sonra “Bakcell Arena” təmirə bağlanacaq. Bu üzdən çempionluğa iddialı “Neftçi” mövsümdəki qalan ev oyunlarını başqa arenada keçirmək məcburiyyətindədi.
Ötən saylarımızın birində Samir Abasovun çalışdırdığı komandanın “qızıl” uğrunda mübarizədə əsas rəqibi “Qarabağ”ı son turda ağdamlılara məxsus “Tofiq Bəhramov”da qəbul edəcəyini xəbər vermişdik. Ancaq bugünlərdə əldə etdiyimiz məlumata görə, oyunun keçiriləcəyi məkan növbəti dəfə dəyişdirilib. Ölkənin ən köklü klubu son illərin dəyişməz çempionunu “Dalğa Arena”da qonaq edəcək. Məsələyə aydınlıq gətirmək üçün “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq: