Sizin reklam burada

Millimizdən tarixi göstərici

Title
Yunanıstanla keçirilən oyunda qələbə qazanan futzal üzrə Azərbaycan millisi həm də seçmə mərhələyə yekun vurdu.

Ellada təmsilçisi ilə duel komandamız üçün yubiley qolunun vurulması ilə də əlamətdar oldu.

Belə ki, millimiz indiyə qədər iştirakçısı olduğu Avropa çempionatının seçmə və final mərhələlərində 178 qol vurmuşdu. Futzalçılarımız cari seçmə mərhələdə isə rəqib torunu 22 dəfə silkələdi. Bununla da qitə birinciliklərində 200-cu qol vuruldu. Qolun müəllifi isə Yunanıstanla oyunda rəqibi 4-cü dəfə meydanın mərkəzinə dəvət edən Ramiz Çovdarov oldu.

Qeyd edək ki, ilk dəfə 1995-ci il oktyabrın 23-də Hollandiyada keçirilmiş Avropa çempionatının seçmə mərhələsində Polşa ilə görüşdə debüt edən və 6:4 hesabı ilə qələbə qazanan komandamız indiyə qədər 57 matçda gücünü sınayıb. Bu oyunlardan 28-də qələbə qazanan millimiz 10 matçda heç-heçə edib, 19 qarşılaşmada isə xalsız qalıb. Öz qapısından 175 top buraxan futzalçılarımız rəqib torunu 200 dəfə silkələyib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.