Sizin reklam burada

Nəriman qələbəni Vətən müharibəsi iştirakçılarına həsr etdi

Title
“Ola bilsin, mübarizəni UFC-də davam etdirək, bu qurumla müqavilə bağlayaq”

“Qəbələ”nin MMA döyüşçüsü Nəriman Abbasov vətənə qayıdıb. Moskvada keçirilən “AMC Fight Night100” turnirində rusiyalı Şamil Amirovu məğlub edən həmyerlimiz Heydər Əliyev Hava Limanında jurnalistlərin suallarını cavablayıb. Nəriman UFC-də döyüşməyi fikirləşdiyini deyib.

* Rəqibimin daha çox güləş üslubundan istifadə edəcəyini bilirdim. Döyüşü də elə qurdum ki, müdafiə oluna-oluna mübarizəni ayaqüstə davam etdirim. Müsahibələrinin birində Dağıstan güləşinin Azərbaycan güləş məktəbindən güclü olduğunu söyləmişdi. Mən də cavabında demişdim ki, o, Azərbaycan güləş məktəbinin gücünü görəcək. Gücümüzü ona layiqincə göstərdiyimiz üçün sevinirik.

* Bundan sonra birdöyüşlük müqaviləmiz var. Şəxsi məşqçim Şəhriyar Abbasovla məsləhətləşəcəyik. Ola bilsin, mübarizəni UFC-də davam etdirək, bu qurumla müqavilə bağlayaq. Hər şey ola bilər. Bu məsələyə qarşıdakı aylarda aydınlıq gələcək.

* Pandemiya bitsəydi, bu kəməri Bakıda qoruyardım. Ən böyük hədəfim budu. Qismət olsa, bu kəməri Bakıda qoruyacam. Qələbəmi 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizə və qazilərimizə həsr edirəm. Çünki onların haqqı ödənilməz.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.