Sizin reklam burada

İddiaçıların turnirinin iştirakçıları Yekaterinburqa yığışır

Title
Qrişuk FİDE-nin Rəcəbova dəvət vədini “axmaq hadisə” adlandırdı

Aprelin 19-da Rusiyanın Yekaterinburq şəhərində dünya şahmat tacına İddiaçıların turniri start götürəcək. İştirakçıların hamısı 17-dək yarış məkanında olmalıdı. Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan turnir qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, ötən il martın 26-da keçirilən 7-ci turdan sonra təşkilatçılar “stop” qərarı vermişdi. Həmin vaxt Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşe-Laqrav (Fransa) 4,5 xalla ilk iki pilləni bölüşürdü. Aniş Giri (Niderland), Aleksandr Qrişuk (Rusiya), Fabiano Karuana (ABŞ) 3,5, Kiril Alekseyenko (Rusiya) və Liren Dinq (Çin) 2,5 xal toplayıb. Dünya kubokunu qazanmaqla İddiaçıların turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun koronavirusa görə turnirin təxirə salınmasıyla bağlı təklifi FIDE tərəfindən qəbul olunmadığından, o, iştirakdan imtina etmişdi.

Aleksandr Qrişuk FİDE-nin Teymur Rəcəbova növbəti yarış üçün dəvət göndərmək planına münasibət bildirib. Rusiyalı qrossmeyster bunu qeyri-ciddi plan sayır:

“Bunu müzakirə etmək istəmirəm. Hər halda, qərarı mən vermirəm. Amma bu öncədən axmaq hadisədi”.


Bu dəfə turnirə az sayda tamaşaçının buraxılması nəzərdə tutulub. Bunu mətbuat konfransında FİDE prezidenti Arkadi Dvorkoviç deyib. Qurum rəsmisi bildirib ki, insanlar arasında sosial məsafənin gözlənilməsinə, sanitar-gigiyena qaydalarına əməl olunacaq. Şahmatçılar startdan 72 saat öncə test verəcəklər. Oyunlar zamanı maska taxmaq məcburiyyəti yoxdu. Yalnız iştirakçıların hərarəti hər gün, məsafədən yoxlanılacaq. Bütün iştirakçılar və rəsmilər “Həyat” otelində məskunlaşacaq.

Arkadi Dvorkoviç müzakirə və mübahisələrə səbəb olan dünya kuboku ilə bağlı da fikirlərini açıqlayıb. Yarış iyulun 10-dan avqustun 6-dək Siçidə təşkil olunacaq. Artıq bununla bağlı Rusiya hökumətinin razılığı alınıb. Bu, pandemiya dönəmində ilk kütləvi şahmat tədbiri olacaq. Yarış “Sirius” Təhsil Mərkəzində keçiriləcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.