Sizin reklam burada

Azad Rəhimovun ABŞ-dan nə vaxt qayıdacağı bilinmir

Title
Onun səlahiyyətlərini İntiqam Babayev yerinə yetirir

Gənclər və idman naziri Azad Rəhimov hələ də işinin başına qayıtmayıb. Uzun müddətdi ABŞ-da olan qurum rəhbəri xəstəliyinin müalicəsi ilə məşğuldu.
Mətbuatda tirajlanan xəbərlərə inansaq, onun ağ ciyərində ciddi problemlər ortaya çıxıb. Yeri gəlmişkən, Azad bəy özü də yanvarda bu xəbəri təsdiqləmiş, narahatlığa heç bir əsas olmadığını söyləmişdi. Halbuki bəzi mənbələr ona ABŞ xəstəxanalarının birində ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozunun qoyulduğunu, əməliyyatdan sonra vəziyyətinin pisləşdiyini və komaya düşdüyünü yazmışdı.

Rəhimovun hələ də Bakıya qayıtmaması məsələnin ciddiliyindən xəbər verir. Bunu nəzərə alaraq, dünən nazirliyin mətbuat katibi Səmayə Məmmədova ilə saxladıq. Təəssüf ki, qurum rəsmisi suallarımıza konkret cavab vermədi:

“Cənab nazirin durumu ilə bağlı məndə hələ ki heç bir məlumat yoxdu. İnşallah, Bakıya gələndə hamıya xəbər edəcəm. O ki qaldı onun yoxluğunda səlahiyyətlərini kimin icra etməsinə, bu işlə müavini İntiqam Babayev məşğul olur”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.