Sizin reklam burada

Mahir Emreli hələ məşqlərə başlamayıb

Title
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Serbiya matçında zədələnən Mahir Emreli hazırda bərpa prosesi keçir. Premyer-liqada vurduğu 13 qolla “Qarabağ”ın ən sərrast futbolçusu olan forvardın durumunda hansısa irəliləyiş varmı? Bu sualı Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə belə cavabladı: “Zədəsinin sağalma müddətinin üç həftə çəkəcəyi həkimlər tərəfindən açıqlanmışdı. Bu proses cavan orqanizmdə daha tez baş verə bilər. Amma ən azı 15 gün oynamayacağı dəqiqdi. Hazırda nə fərdi, nə də komanda şəklində məşqlərdə iştirak edir”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.