• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Xocalı” Azərbaycana səs salmaq istəyir

Ölkə futbolu

11-04-2021, 12:0

“Ölkədə yeganə özəl futbol klubudu ki, bütün uşaqlar məşqdən dərhal sonra qida rasionu ilə təmin olunur”
Bu gün respublikanın müxtəlif şəhər və bölgələrində çoxlu özəl futbol klubu fəaliyyət göstərir. Bəziləri özlərinə dünya çapında tanınan klubların adını qoymaqla müştəri toplamağa çalışır, daha çox valideynlərdən pul qoparmaq məqsədi ilə işlərini qurursa, aralarında elələri də var ki, həqiqətən ölkə futboluna fayda vermək, gələcəkdə yığmaların şərəfini qoruyacaq oyunçular yetişdirmək üçün bu yola qədəm qoyublar. Belə klublardan biri də əsası 2019-cu ildə qoyulan “Xocalı”dı.
Bugünlərdə “Xocalı” 2020/21 mövsümü üçün yeni seçimlərə start verib. Klubun baş məşqçisi İlkin Hacıyevlə söhbətləşməmiş seçimlərə qatılan uşaqların məşqlərinə diqqət yetirdik. Onu da qeyd edim ki, veteran futbolçu, “Neftçi” və “Keşlə”nin sabiq baş məşqçisi Tərlan Əhmədov da paytaxtda təşkil olunan seçimlərə fəxri qonaq kimi qatılmışdı. Tərlan bəy kənardan uşaqları izləyir, baş məşqçilərə lazımi məsləhətlərini verirdi. Uşaqların arasında istedadlıların sayı çox idi. Elə Əhmədov da bəndənizlə söhbətdə bu məqama toxundu: “Gördüyünüz kimi, bizdə 8-10 yaş aralığında yetərincə perspektivli, texnikası yüksək olan, topla əla rəftar edən uşaqlar var. Bu uşaqlara yaxşı məktəb lazımdı ki, qarşıdakı illərdə özlərini göstərə bilsinlər, böyük futbola keçsinlər. Uşaq məşqçiləri təməli düz qoysalar, bunların bir çoxu gələcəkdə böyük komandaların şərəfini qoruya bilərlər”.
Doğrudan da, seçimə qatılan 30-a qədər uşağın arasında çevikliyi, zəkası və texnikası ilə seçilənlər az deyildi. Onlardan biri - qapıçı mövqeyində çıxış edən ucaboy uşaq diqqətimi daha çox çəkdi. “Çərçivə”də inamlı təsir bağışlayan sarışının kimliyi ilə maraqlandıqda məlum oldu ki, adı Yusif, soyadı Qəmbərovdu. 2010-cu il doğumlu Yusif, cəmi 11 yaşı olmasına baxmayaraq, “çərçivə”də inamlı görünürdü, zərbələrə əla reaksiya verirdi, usta qolkiperlər kimi komanda yoldaşlarına nə etmək lazım olduğunu deyirdi.
Seçimlər başa çatandan sonra “Xocalı”nın baş məşqçisi İlkin Hacıyevə yaxınlaşıb, klubun bu günü, gələcək planları ətrafında söhbətləşdik.
- Əvvəlcə klub barədə məlumat verin, ardınca seçimlər haqda danışarsız.
- Öncə sizə təşəkkür edirəm ki, bu gün bizim kluba belə diqqət ayırırsız. “Xoşalı” artıq ikinci ildi fəaliyyət göstərir. Klub olaraq ali məqsədimiz ölkədə uşaq futbolunun inkişafına töhfə vermək, yığmalara futbolçu yetişdirməkdi. Bundan başqa, Allah qismət etsə, “Xocalı” adını beynəlxalq arenalarda tanıtdırmaqdı. Bu gün təşkil olunan seçimlər AFFA-nın bayrağı altında keçirilən çempionatlara qatılacaq yeni komandaları fomalaşdırmaq məqsədi daşıyır. Belə qərara gəldik ki, ilk seçimlər paytaxtda olsun. Bakının üç zonasında məşqlərimiz olacaq. İlk növbədə “Elmlər Akademiyası” tərəfdə, daha dəqiq desəm, 53 saylı məktəbin həyətindəki stadionda 3 gün seçimlər keçirəcəyik. Gələn həftə Xırdalan şəhərində yerləşən arenaların birində seçim məşqlərimiz olacaq. O da 3 gün davam edəcək. Son mərhələ isə Masazırda təşkil olunacaq. Paytaxt zonasında seçimlər başa çatandan sonra bölgələrə üz tutmaq istəyirik. Rayonlarda seçilən uşaqlarıın valideynlərini düşündürən suallar olur ki, o da uşağın təhsili və harda qalacağı ilə bağlıdı. Bunların hamısını klub olaraq fikirləşmişik. Seleksiyadan uğurla keçənlər Bakıdakı təhsil ocaqlarına gedəcəklər, yaşayış yeri ilə təmin olunacaqlar. Biz bunu öhdəmizə götürürük və inanırıq ki, seçdiyimiz uşaqlar gələcəkdə həm “Xocalı”ya, həm də şərəfini qoruyacaqları müxtəlif yaş qrupu üzrə yığmalara fayda verəcəklər, etimadı doğruldacaqlar.
- Seçimlər hansı yaş qrupları üzrə aparılır, ümumiyyətlə, hazırda klubda neçə yaş qrupu var?
- 2009-14-cü il doğumlu uşaqlar arasından seçim edirik. Klubda təməlin təməli olan, daha dəqiq desəm, 3-4 yaşlı uşaqlar üçün nəzərdə tutulan qruplar var. Bu gün Avropada istər təhsil, istərsə də idman sahəsində bu addım atılır. Məqsəd odu ki, uşaq kiçik yaşlarından kollektiv içində olsun, ətraf mühitlə münasibət qura bilsin. Belə uşaqlar böyüdükcə cəmiyyətdə heç bir komplekslə üzləşmirlər, tanımadığı insanlarla kommunikasiya qura bilirlər.
- Bildiyim qədər sizdə həm ödənişli, həm də ödənişsiz qruplar var. Bu məsələ necə tənzimlənir?
- İstedadı və perspektivi ilə həmyaşıdlarından seçilən uşaqları ödənişsiz qruplara qəbul edirik və bu seçimlərdə də eyni qayda tətbiq olunacaq. Həmin uşaqlara klub tərəfindən bütün şərait yaradılacaq. Ödənişli qruplara isə inkişaf etmək perspektivi gördüyümüz uşaqları dəvət edirik. Onlar həmin qrupda özlərini göstərib, inkişaf edərlərsə, artıq ödənişsiz qruplara keçiririk. Elə uşaqlarımız olub ki, bir aydan sonra ödənişsiz qrupda məşqlərə başlayıb. Elələri də olub ki, 6 aydan sonra ora göndərilib. Bu qayda həm də uşaqlar üçün əlavə stimuldu.
- Hazırda “Xocalı”da neçə məşqçi işləyir?
- Bu gün klubumuz üç zonada fəaliyyət göstərir. Hər zonada da 3 məşqçi çalışır: baş məşqçi, köməkçi və qapıçılarla işləyən məşqçi. Klubun əlaqələndiricisi isə mənəm. B kateqoriyalı məşqçi kursunu bitirmişəm, bundan başqa, fiziki tərbiyə müəllimiyəm. Klubun bəlli bir sistemi var və müəyyən fəlsəfə üzərində çalışırıq. Heç bir məşqçimiz öz qaydası ilə məşq keçə bilməz. Hamı əvvəlcədən tərtib olunan plan üzrə çalışır.
- Sponsorunuz var, yoxsa klub özü-özünü maliyyələşdirir?
- Çox aktual mövzuya toxunduz. Klub yaranan gündən heç bir yerə, heç kimə “gəlin, bizə sponsorluq edin”, - deyə müraciət etməmişik. Bu klubun adının məsuliyyətini və yarandığı gündən hansı işin altına girdiyimizi dərk edirdik. “Xocalı”nın sponsoru olmasa belə, gördüyümüz işlər göz qabağındadı. Ölkədə yeganə özəl futbol klubudu ki, bütün uşaqlar məşqdən dərhal sonra qida rasionu ilə təmin olunur. Bütün uşaqlara geyim dəsti verilib. Bütün formalarımız ölkə xaricindən gətirilib və çox keyfiyyətlidi. İnventar, top problemimiz yoxdu. Məşqlərimiz yüksək şəraitə malik stadionlarda keçirilir.
RƏŞAD

Oxunub: 501
Paylaş:
Digər xəbərlər

Aktual

28-02-2020, 08:0

“Qarabağ”ın bazasında Xocalı ilə bağlı tədbir keçirilib

Ölkə futbolu

17-05-2018, 23:0

Xocalılı uşaqları sevindirdilər

Foto

28-02-2019, 21:0

Futbol ictimaiyyəti Xocalı faciəsinə biganə qalmadı

Ölkə futbolu

14-05-2019, 14:0

“Qəbələ” Fransada 10-cu oldu

Ölkə futbolu

28-02-2018, 12:0

“Bədr Xocalı”dan mənalı pankart

Aktual / Manşet

25-02-2022, 22:0

Çempionlar Liqasında Xocalı faciəsi ilə bağlı banner açıldı

Aktual
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
İlin ilk ayında ən çox qol vurmuş futbolçular - SİYAHI
FIDE yeni reytinq siyahısını açıqlayıb
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Son xəbərlər
  • Bu gün, 14:55
    Boksçularımızın Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli oldu
  • Bu gün, 14:38
    Polis Öməri saxladı
  • Bu gün, 14:10
    Daniel Alveşin törətdiyi şok əməlin təfərrüatı - YAZI
  • Bu gün, 13:54
    “Sabah”ın futbolçuları Premyer Liqada yubiley qeyd edib
  • Bu gün, 13:39
    PSJ üzvü Liqa 1-də qol vuran ən gənc oyunçu oldu
  • Bu gün, 13:18
    Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
  • Bu gün, 12:51
    Azərbaycan Serbiya və İngiltərə ilə eyni qrupda
  • Bu gün, 12:38
    "Səbail" üçün əlamətdar hadisə
  • Bu gün, 12:22
    PFL "Qarabağ"la bağlı vacib məlumat yaydı
  • Bu gün, 11:57
    "Zirə" Portuqaliyadan yarımmüdafiəçi transfer edir
  • Bu gün, 11:49
    Emirhan İlkhan yenə klubunu dəyişdi
  • Bu gün, 11:25
    Mateus Saldanya “Neftçi”dəki debütü haqqında nə dedi?
  • Bu gün, 10:32
    Rusiya Futbol İttifaqından gözlənilən addım
  • Bu gün, 10:13
    Avstraliyalı döyüş rusiyalı haqda: "O, böyük mübarizdi"
  • Bu gün, 10:00
    Renat fərqlənsə də ...
  • Dünən, 23:51
    Navas PSJ-dən ayrıldı
  • Dünən, 23:30
    Konte əməliyyat olundu
  • Dünən, 23:15
    Azərbaycan Basketbol Liqasında 16-cı tura start verildi
  • Dünən, 22:58
    Errera La Liqada
  • Dünən, 22:55
    Kanselo debütünə hazırlaşır
  • Dünən, 22:51
    “Qaradağ Lökbatan” yeni baş məşqçisinə qovuşdu
  • Dünən, 22:47
    “Kəpəz” Kamran İbrahimovu icarəyə vermək istəyir
  • Dünən, 22:38
    “Hazırda onun möqeyində çox güclü rəqabət var”
  • Dünən, 22:24
    Asəf Namazov: “Pis vərdişlərdən uzaq olsa da, özünə baxan da deyildi”
  • Dünən, 21:55
    “Araz Naxçıvan”ın rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir
  • Dünən, 21:30
    Okan Buruk rekordlara doymur
  • Dünən, 21:21
    MY: Zabitser gəldi, Tuanzebe ilə Bernard getdi
  • Dünən, 21:13
    Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
  • Dünən, 20:55
    Laurentsiu Regekampf: “Bu, planlarımıza daxil deyildi”
  • Dünən, 20:30
    Rəşad Sadıqov: “Gündə bir qayda dəyişir, bilmirsən, nə fikirləşəsən”
  • Dünən, 20:19
    “Tottenhem”də yeni oyunçu
  • Dünən, 20:15
    Cokoviç bunu bacaran 2-ci tennisçidi
  • Dünən, 19:41
    “Sabah” və “Neftçi”dən qələbə - YENİLƏNİB
  • Dünən, 19:30
    Cokoviçdən möhtəşəm nəticə: 10-cu final, 10-cu qələbə!
  • Dünən, 19:22
    Pelleqrini ilə Makkenni “Yuventus”a lazım olmadı
Daha çox
Oxunub: 2 494
“Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
Oxunub: 1 963
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Oxunub: 1 385
Mahir lağlağını haqq edir? - KÖŞƏ
Oxunub: 770
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 682
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Oxunub: 666
"Qarabağ"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina etdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə