Sizin reklam burada

Sabiq “Futbol+”çi PFL-ə yardım edəcək

Title
“Elvinlə ilkin danışığımız oldu və iki gündən sonra müsbət cavab aldıq”
Bugünlərdə Peşəkar Futbol Liqasının kollektivinə yeni sima qoşulub. “Futbol+”in sabiq əməkdaşı, vaxtilə “Rəvan”ın mətbuat katibi vəzifəsini icra edən Elvin Yaqubov bundan sonra Ramin Musayevin rəhbərliyi altında çalışacaq. Sabiq həmkarımızın təyinatı ilə bağlı PFL-in İdman Şöbəsinin rəisi Elgiz Abbasovun fikirlərini öyrəndik: “Elvin Yaqubov aprelin 1-dən PFL-də işə başlayıb. Onu uzun müddətdi tanıyıram və bir neçə il öncədən münasibətimiz yaranıb. Özünüz də bilirsiz ki, hər ikimiz futbol sahəsində çalışmışıq. O klubda çalışanda mən jurnalistikadaydım. Həm jurnalist keçmişini, həm klubdakı fəaliyyətini, həm də insani keyfiyyətlərini nəzərə alaraq düşündük ki, PFL ailəsinə uyğun insandı. Təklif mən tərəfdən oldu. Düşündük ki, Elvin bizə həm daxili işlərdə, həm də beynəlxalq əlaqələrin qurulmasında yardımçı ola bilər. Bununla bağlı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə məsləhətləşdik. O da fikrimi bəyəndi. Elvinlə ilkin danışığımız oldu və iki gündən sonra müsbət cavab aldıq. Yaqubov da qərarını bizə bildirəndən sonra Ramin müəllimlə danışdıq və onun xeyir-duasını alandan sonra Elvin yeni işinin icrasına başladı. Onun istər jurnalist, istərsə də klub karyerasını nəzərə almışıq və düşünürük ki, bizim quruma gəlməklə futbol biliklərini daha da zənginləşdirmiş olacaq. Fikrimcə, həm özünə, həm də PFL-ə düşərli bir təyinat olacaq. Uzun illərdi futbolun içindədi və bu idman növü ilə nəfəs alır. Ramin müəllim də bizə bu işdə tam dəstək verdi”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.