Sizin reklam burada

Təşkilatçılar səhv etdi, ermənilər sərsəmlədi

Title
Bəzi erməni mənbələrində boks yığmamızla bağlı dezinformasiya yayılıb. Bizimkilərin SSRİ çempionu Nikolay Manqerin xatirəsinə Ukraynanın Xerson şəhərində keçirilən turnirdə ermənilərlə qarşılaşmamaq üçün rinqə çıxmadıqları iddia olunub. Bu səbəbdən də guya bizimkilərə texniki məğlubiyyət verilib. Konkret 57 kq-da Maqsud Həşmətovun, 63 kq-da Malik Həsənovun uyğun olaraq, Jorjik Marutyan və Qrayr Şahverdyanla görüşə çıxmadığı yazılıb.
Amma bu informasiyanı dünən yerli Boks Federasiyasının mətbuat katibi Aram Manukyan təkzib edib. “Sputnik Armeniya”ya danışan qurum rəsmisi millimizin yarışa bəzi boksçular koronavirusa yoluxduğuna görə qatılmadığını söyləyib. Yəni milli komandamız xatirə turniri üçün Ukraynaya, ümumiyyətlə, yollanmayıb. Sıradan bir turnirdə 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazandıqlarını toy-bayram edən ermənilər, görünür, uzun müddət “əziklik sindromu”ndan qurtula bilməyəcəklər. Belə olmasaydı, növbəti dəfə “Amerika kəşf etməyə” çalışmazdılar.
Artıq Azərbaycan Boks Federasiyası məsələ ilə bağlı beynəlxalq turnirin Təşkilat Komitəsinə etiraz məktubu göndərib. Çünki yarışa qatılmadığımız halda bəzi boksçularımızın adı püşkatma zamanı “səbətlərdən çıxıb”. Görünür, araşdrımaya ehtiyac duymayan ermənilərin “istinad nöqtəsi” də məhz bu məqam olub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.