Sizin reklam burada

Turun sitatı

Title
“Premyer-liqanın səviyyəsi ilə razı deyiləm”
Çempionatın səviyyəsi "Neftçi" və "Qarabağ"ın bugünkü oyunları ilə qalxmayacaq. Premyer-liqanın səviyyəsi ilə razı deyiləm. Mən istəyirəm futbolçular daha yaxşı çıxış etsinlər. Çempionatın səviyyəsi hər il qalxmalıdı. İnanıram ki, qarşıdakı illərdə bunu görəcəyik. Şükür edək ki, 8 komanda var. Bundan az olmasın. Komanda sayı artsa, yaxşı olar. Heç kim üçün xoş deyil ki, eyni komanda ilə 6 dəfə oynasın. Belə çox oynamaq komandaları bir-birindən küsdürür. Kubokdakı qarşılaşmaları da saysaq, il ərzində 1 klubla 6 dəfə qarşılaşırıq. Bu da yaxşı hal deyil.
Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.