Ötən saylarımızın birində Mehman Allahverdiyevə istinadla Rusiyada yaşayan Şahin Məmmədov ad-soyadlı iş adamının növbəti mövsümdən “Kəpəz”ə sposnorluq etmək niyyətində olduğunu xəbər vermişdik. Mehman bəy qəzetimizə açıqlamasında Novruz bayramını qeyd etmək üçün Azərbaycana gələcək iş adamı ilə görüşüb bu yöndə müzakirələr aparacağını, görüşdən sonra detallar barədə məlumat verəcəyini bildirmişdi.
Şahin bəy Novruz bayramı günlərində Azərbaycana gəlsə də, onun Allahverdiyevlə görüşüb-görüşmədiyini, 2021/21 “futbol ili”ndən Gəncə təmsilçisinə himayədarlıq edib-etməyəcəyini öyənə bilmədik. Bu yöndə ortaya çıxan suallara cavab tpamaq üçün dəfələrlə Mehman bəylə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı. Elə Şahin bəy də nə zəngimizə, nə də mesajımıza cavab verdi. Ancaq Gəncədəki mənbələrdən əldə etdiymiz məlumata görə, tərəflər arasında razılıq əldə olunmayıb. Rusiyalı iş adamı “Kəpəz”ə sponsorluqdan imtina edib. Mənbəmizin sözlərinə görə, biznesmen ən yaxşı halda komandaya cəlb olunacaq bir legionerin illik məvacibini verə biləcəyini deyib ki, bunu da klub rəhbərliyi müsbət qarşılamayıb.
RƏŞAD

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
“Kəpəz”ə sponsorluq etmək istəyən şəxs Gəncəyə gəldi
- 28 mar 2021 04:39
“Kəpəz”in sponsoru söhbəti nağıla bənzəməyə başlayır
- 10 mar 2021 09:41
Mehman Allahverdiyevin gözü yolda qalıb
- 08 mar 2021 09:20
“Kəpəz”ə sponsorluq etmək istəyən şəxs Mehman Allahverdiyevlə görüşəcək
- 14 fev 2021 06:19
Diaspor rəhbəri “Kəpəz”ə sponsorluq etmək istəyir
- 12 fev 2021 01:45
Mehman Allahverdiyev “Kəpəz”ə sponsor tapıb
- 08 fev 2021 11:53
“İnşallah, bu il komandamız elitada oynayar və...”
- 20 yan 2020 08:31
Samir Abasov İspaniyaya gedir
- 15 noy 2019 10:07
“Kəpəz” rəsmilərindən Maşallah Əhmədova cavab gəldi
- 28 yan 2019 03:32
Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir
- 21 yan 2019 10:35
Elnur Camalxanov da “Kəpəz”dən ayrıldı
- 02 dek 2018 06:27
“Kəpəz”də “yarpaq tökümü” başlayır
- 25 okt 2018 03:35
Diniyevin Məşqçilər Komitəsinə dönüşü müzakirə olunmayıb
- 16 fev 2018 08:25
“Kəpəz”lilər yeni rəhbərin yolunu gözləyir
- 15 noy 2017 06:04
“Kəpəz”dəki maliyyə fırıldaqlarının şok dosyesi
- 03 noy 2017 11:53