UEFA pandemiya dövründə azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib. Qadağa bu ilin iyununda aradan qaldırılacaq.
Yeni qaydalara əsasən, görüşlərdə tamaşaçı sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq. UEFA prezidenti Aleksander Çeferin AÇ-2020-nin təşkili ilə bağlı daha bir açıqlama verib. "Sky Sports"a danışan sloveniyalı funksioner turnirin azarkeşlərlə keçiriləcəyini təsdiqləyib: "Təşkilatçılıqla bağlı bir neçə ssenari mövcuddu. İdeal ssenariyə əsasən Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Amma mümkün olmasa, yarış 10 və ya 11 şəhərdə təşkil olunacaq. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək. AÇ-2020-nin heç bir matçının boş stadionda keçirilmək ehtimalı yoxdu. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidi. Şəhərlər üçün stadionlarda azarkeşlərlə bağlı son müddət aprelin 7-di. Yekun qərar isə aprelin 20-də veriləcək".
Turnirin keçiriləcəyi şəhərlərdən biri də Bakıdı. Azərbaycanın paytaxtı qrup mərhələsinin 3, 1/4 finalın 1 qarşılaşmasına evsahibliyi edəcək. Oyunların hamısı Bakı Olimpiya stadionunda keçiriləcək. Bəs ölkəmiz buna hazırdı? İyunun 1-nə kimi xüsusi karantin rejimi tətbiq olunub. UEFA da tələb edir ki, matçlara azarkeşlər buraxılsın. AFFA bunun üçün nə edəcək?
Problem sadə, həll yolu isə çətindi. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayaraq, məsələnin həlli istiqamətində hansı addımlar atıldığını öyrəndik. Qurum rəsmisi qısa açıqlama ilə kifayətləndi: “Bununla bağlı müvafiq qurumlarla müntəzəm müzakirələr aparılır. Yekun qərar olanda ictimaiyyətə məlumat verəcəyik”.
İLKİN SULTANLI

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Operativ Qərargah AAB-a cavab verməyib
- 14 mar 2021 12:49
AVRO-2020 oyunları Bakıda keçiriləcək?
- 29 yan 2021 02:30
Çeferin Qətərin çox şey qazanacağını düşünür
- 23 dek 2020 10:51
Daldan atılan daş topuğa dəyər!
- 07 dek 2020 12:17
AFFA UEFA-dan cavab gözləyir
- 17 iy 2020 09:03
UEFA ilkin təsdiq cavabı göndərdi
- 29 in 2020 09:00
Avrokubok iştirakçıları UEFA-nın qərarını dəstəklədi
- 22 in 2020 08:14
UEFA “Sabah”ı sevindirdi
- 20 in 2020 11:47
Bakı UEFA-ya təminat verib
- 23 may 2020 07:57
PFL daha bir videokonfransda iştirak edib
- 25 apr 2020 01:56
Superliqa böyük ehtimalla bu tarixdə başlayacaq
- 24 apr 2020 04:44
AFFA UEFA-ya “hə” dedi
- 17 apr 2020 02:33
UEFA Bakıya aprelin 30-na qədər vaxt verib
- 15 apr 2020 09:24
“Finalı Bakıda keçirməyin səhv qərar olduğunu düşünmürəm”
- 04 in 2019 02:01
AFFA-dan UEFA prezidentinə dəstək
- 30 avq 2018 12:04