Sizin reklam burada

Volkov fərdi məşqlərə başlayıb

Title
Premyer-liqanın 21-ci turunda “Zirə” səfərdə “Səbail”lə qolsuz bərabərə qaldı. Bununla da “qartallar”ın ən yaxın izləyicisi “Sumqayıt”la xal fərqi 2-yə endi. Hazırda Rəşad Sadıqovun komandasının hesabında 31, “kimyaçılar”ın hesabında isə 29 xal var. Son 7 tur “Zirə” üçün ölüm-dirim mübarizəsi olacaq desək, yanılmarıq. Çünki qəsəbəb təmsilçisinin əsas qol ümidi Davit Volkov zədələnərək 2 aylığa sıradan çıxıb. Çempionatda 8 qol vuran gürcü forvard hazırda “Zirə”nin heyətində ən çox fərqlənən futbolçudu. Onun yoxluğunda qəsəbə təmsilçisi qol vurmaqda problem yaşayır. Volkovun sağalması “Zirə”nin həm çempionatda, həm də kubokda daha yaxşı çıxış etməsinə kömək edəcək.
Hücumçunun son durumunu öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxladıq. O, Davitin fərdi məşqlərə başladığını söylədi: “Volkov hələ də zədəlidi və bərpa prosesi keçir. Fevralın sonlarında zədələnmişdi. Bir ayı martda tamam oldu. 2 ay müddətinə komandaya kömək edə bilməyəcəyini rəsmən açıqlamışdıq. Hazırda fərdi məşqlərə başlayıb. Komandaya nə zaman qoşulacağına isə həkimlər qərar verəcək”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.