Sizin reklam burada

Qəhrəman Əliyev komadan ayılmır

Title
“Əməliyyat uğurlu olsa belə, normal vəziyyətə qayıda bilməyəcək”
Ötən saylarımızda Qəhrəman Əliyevin koronavirusa yoluxduğunu və uzun müddətdi komada olduğunu xəbər vermişdik. Masallıda müalicə olunan mütəxəssisin vəziyyətində dəyişiklik olub-olmadığını öyrənək üçün Veteranlar İttifaqının sədri Oqtay Abdullayevlə əlaqə saxladıq. Onun sözlərinə görə, Əliyevin vəziyyəti daha da pisləşib: "Qəhrəmanın vəziyyəti yaxşı deyil. Hələ də komadadı. Həkimlər bildirirlər ki, beyninə su yığılıb. Onlar da nə qərar verəcəklərini bilmirlər. "Allah kərimdi" deyirik hamımız. Həkimlər düşünürlər ki, beynindəki suyu çəkmək üçün əməliyyat etsinlər. Amma bu da çətin görünür. Uğurlu nəticə əldə etmək asan deyil. Əməliyyat uğurlu olsa belə, Qəhrəman normal vəziyyətə qayıda bilməyəcək".
Abdullayevin sözlərinə görə, o, indi də Masallıda xəstəxanadadı: "İndi Masallıda xəstəxanadadı. Bir müddət əvvəl Bakıya göndərildi, burda vəziyyətinə baxıldı. Eyni sözlər deyildi. Dedilər ki, Bakı, ya Masallı - fərq etmir. Ailəsi həkimlərlə birlikdə necə etmək lazım olduğunu düşünür. Son qərarı yenə ailəsi verəcək".
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.