“Hansısa uğurumuza görə bu sənədi verib, 5 ildən sonra ləğv etmək absurddu”
DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibi olan İrlandiya yığması yayda iki yoxlama oyunu keçirəcək. İrlandiyalılar iyunun 3-də səfərdə Andorra, 8-də Macarıstanla qarşılaşacaq. Macarlarla görüşün yeri hələ dəqiqləşməyib. Millimiz İrlandiya ilə ilk oyunu sentyabrın 4-də səfərdə keçirəcək.
Baş məşqçi Canni de Byazi yığmanın Portuqaliya və Serbiya ilə oyunlarını dəyərləndirib. İtaliyalı mütəxəssis çətin qrupa düşdüklərini deyib: “Azərbaycan millisi ilə bağlı əlavə nəsə deməyə ehtiyac görmürəm. Çünki açıq şəkildə bildirdim ki, bu ölkənin Albaniya yığmasının üzvləri kimi güclü çempionatlarda oynayan futbolçuları yoxdu. Şübhəsiz, bu, çox böyük önəm daşıyır. Həqiqətən ağır qrupdu. Çünki Portuqaliya və Serbiya ilə oynamaq asan deyil. Digər tərəfdən, bəxtimiz gətirmədi. Portuqaliya ilə görüşdə öz qapımıza qol vurduq. Serbiya ilə matçda isə son dəqiqələrdə buraxdığımız qolla uduzduq. Amma mən komandada irəliləyiş görürəm. Bu, daim inkişafa can atan kollektivdi və gələcəyə inamımız var".
Yeri gəlmişkən, Albaniya hökuməti De Byazinin diplomatik pasportunu ləğv edib. Bu ölkənin Xarici İşlər Nazirliyi yerli federasiyaya məktubla müraciət edərək, mütəxəssisdən bu il iyunun 1-dək sənədi təhvil verməsini istəyib. 65 yaşlı baş məşqçiyə diplomatik pasport Albaniya yığmasını AÇ-2016-nın final mərhələsinə çıxardığı üçün verilib.
Bununla belə, italyan mütəxəssis aprelin 24-də Albaniyada keçiriləcək parlament seçkisində səs verəcək. "Sport News" nəşrinə açıqlama verən De Byazi məsələ ilə bağlı bunları deyib: "Bunu jurnalistlərdən eşitmişəm. Həqiqətən belədisə, bir az mənasız qərardı. Çünki hansısa uğurumuza görə bu sənədi verib, 5 ildən sonra ləğv etmək absurddu. Amma tələb etsələr, pasportu mütləq qaytaracam".
Albaniya hökuməti De Byazinin diplomatik pasportunu ləğv etdi

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Yığma üçün asan rəqib
- 27 mar 2021 01:07
De Byazi: "Bütün oyunçular tam hazırdı"
- 26 mar 2021 09:27
De Byazi: "Taktiki baxımdan maraqlı oyun olacaq"
- 24 mar 2021 10:41
Portuqaliya 25 futbolçu ilə başladı
- 23 mar 2021 12:01
Azərbaycan millisi üçün şad xəbər: Portuqaliyada ciddi itki
- 22 mar 2021 12:00
De Byazi Amil Yunanovu yığmaya çağırıb
- 14 mar 2021 01:12
Serblər yığmamızla oyun üçün heyəti açıqladı
- 10 mar 2021 09:53
Stoykoviç rəqibləri təhlil edir
- 05 mar 2021 03:20
De Byazi Rəşad Sadıqovla görüşdü
- 27 fev 2021 12:52
De Byazi qol buraxmamağı vacib sayır
- 25 dek 2020 03:33
Çeferin Qətərin çox şey qazanacağını düşünür
- 23 dek 2020 10:51
De Byazinin hədəfi yaxşı oynamaqdı
- 11 dek 2020 10:50
Təbriz Həsənovun millinin qrupda uğur qazanacağına ümidi yoxdu
- 11 dek 2020 10:39
Yığmamızın bəxti: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq
- 10 dek 2020 02:19
Yığmamız qrupda qələbə üzü görmədi
- 03 avq 2017 02:24