Sizin reklam burada

Şeydayevin “ayağı açıldı”, “Sabah” tilsimi qırdı

Title
83. Sabah (Bakı) – Qəbələ 1:0 (1:0)
1. Saşa Stamenkoviç – 5,5
19. Təmkin Xəlilzadə - 6,0
3. Zurab Oçiqava – 5,5
4. Bəhlul Mustafazadə (k) – 5,5
30. Mario Marina – 5,0
(48. Dmitri Klots, 81) – qiymətsiz
13. Filip İvanoviç – 5,5
10. Aleksey İsayev – 5,5
6. Şakir Seyidov – 5,5
90. Ramil Şeydayev – 5,5
28. Kevin Kubemba – 5,0
(26. Fofana Tiemoko, 75) – 5,0
9. Xulio Sezar Rodriges – 5,5
(23. Amadu Diallo, 67) – 5,0
Ehtiyat oyunçular
12. Alvaro Vilyet
94. Nicat Mehbalıyev
7. Coşqun Diniyev
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
14. Slavik Alxasov
2. Amin Seydiyev
33. Camal Cəfərov
77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə

1. Anar Nəzirov (k) – 5,0
71. Rüfət Əhmədov – 5,0
2. Vinko Medimoreç – 4,5
28. Murad Musayev – 4,5
9. Ehtiram Şahverdiyev – 4,5
11. Asif Məmmədov – 4,5
26. Stefan Vukçeviç – 5,0
23. Rafael Utriq – 5,5
14. Cavid Hüseynov – 5,0
(10. Rövlan Muradov, 63) – 4,5
32. Nikolas Raysel – 5,0
(70. Ülvi İsgəndərov, 46) – 4,5
99. Ceyms Adeniyi – 4,5
(74. Yusif Nəbiyev, 87) – qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
6. Kamal Mirzəyev
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Rafael Utriq
Qol: R.Şeydayev, 45+1 (X.S.Rodriges).
Vərəqələr: R.Əhmədov, 27 (qeyri-idman hərəkəti). M.Marina, 30 (qeyri-idman hərəkəti). A İsayev, 35 (qeyri-idman hərəkəti). F.İvanoviç, 67 (qeyri-idman hərəkəti). B.Mustafazadə, 84 (qeyri-idman hərəkəti). E.Şahverdiyev, 90+1 (qeyri-idman hərəkəti). M.Musayev, 90+1 (hakimin qərarına etiraz). A.Nəzirov, 90+2 (hakimin qərarına etiraz). A.Məmmədov, 90+4 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
4 aprel. Masazır. Bank Respublika Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Oyun qarşılıqlı hücumlarla başladı. Hər iki komanda ilk dəqiqələrdən meydanın mərkəzini ələ keçirib topa daha çox nəzarət etmək istəyirdi. İlk 10 dəqiqədə Ramin Quliyevin komandası Anar Nəzirovun qoruduğu qapının qarşısında tez-tez görünsə də, vaxt ötdükcə sürəti aşağı saldı ki, bundan istifadə edən qonaqlar oyunu bərabərləşdirə bildilər. Görüşdə ilk real qol şansı da meydan sahiblərinin qapısı önündə yarandı. 22-ci dəqiqədə komanda yoldaşından ötürmə alan Raysel mərkəzdə yaranan boşluqdan istifadə edərək “tələbələr”in qapısına doğru şığıdı. Sürətli reyd zamanı rəqibin müdafiəçilərindən sıyrılan sloven əslli fransız futbolçu cərimə meydançasına daxil olub “çərçivə”yə zərbə endirsə də, Stamenkoviç inamlı oynayaraq topu geri qaytardı. “Sabah”ın cavabı özünü çox gözlətmədi. Təmkinin son cinahdan Şeydayevə ötürmsini ikinci qeyri-dəqiq zərbə ilə tamamladı. Buna baxmayaraq, ilk yarıya əlavə olunan dəqiqədə Şeydayev adını tabloya yazdırmağı bacardı. Təmkinin başladığı hücumdan sonra Rodriges əla ötürmə ilə Ramili zərbə mövqeyinə çıxardı. Forvard təxminən penalti nöqtəsinin yanından o qədər güclü olmayan zərbə ilə topu uzaq küncə yönəltdi ki, Anar komandasını xilas etməkdə çarəsiz idi. Onu da qeyd edək ki, qolda Ehtiramın səhvi daha çox idi. “Qəbələ”nin “9” nömrəsi Rodrigesin qarşısını kəsə bilmədi. Paraqvaylı forvard cüssəsi hesabına Şahverdiyevdən sıyrılıb məhsuldar ötürmə ilə yadda qaldı.
Fasilədən sonra “Qəbələ” meydan sahiblərindən daha üstün təsir bağışlasa da, hücumları nəticəsiz qaldı və Elmar Baxşıyevin komandası tablodakı hesabı dəyişə bilmədi. Halbuki “qırmızı-qaralar”ın ən azı “status-kvo”nu bərpa etmək şansları var idi. İkinci yarının əvvələrində meydana fasilədən sonra çıxan Ülvi İsgəndərli Utriqin qapıya paralel ideal ötürməsinə bir an gecikdiyindən topu tora qovuşdura bilmədi. 67-ci dəqiqədə isə Ülvinin zərbəsi tirdən döndü. İkinci 45 dəqiqədə qapısını toxunulmaz saxlamağı bacaran “Sabah” bununla da Ramin Quliyevin rəhbərliyi altında ilk qələbəsini qazandı və “Keşlə”nin xal itirməsi sayəsində ən azı növbəti tura kimi sonuncu pilləni tərk etdi.
RƏŞAD

Reaksiyalar
Elmar Baxşıyev: “Oyunun çətin keçəcəyini bilirdik. “Sabah” sonuncu yerdə olsa da, heyətində keyfiyyətli futbolçular var. Düşünürəm ki, komanda bu gün verilən tapşırığı maksimum yerinə yetirməyə çalışdı. Yenə deyirəm, mən komandamı hücumda görmək istəyirəm və 90 dəqiqə bunu edirlər. Baxmayaraq ki, yenilmişik, mən oyundan razı qaldım. İmkanım olsaydı, özüm qol vurardım. Amma mən kənardayam. Yenə deyirəm, heyətimizdəki hücumameyilli futbolçular keyfiyyətlidi. Sadəcə, bəzən şanssızlıq, bəzən stress vəziyyətində hücumu tamamlamağa çətinlik çəkirik. Komanda 90 dəqiqədə hücumda olur, çoxlu epizod yaradırıq. Qol imkanı yaratmaq özü güc tələb edir. Planlı şəkildə hücuma çıxırıq, ancaq bitirə bilmirik. Oyunu uduzmuşuqsa, əlbəttə, ilk növbədə mən günahkaram. Yenilmişiksə, məsiliyyət mənim boynumdadı. Mən komandanın oyun planında problem görmürəm. Sadəcə, qol imkanlarını dəyərləndirməkdə çətinlik çəkirik. Amma bunun üzərində işləyirik. İnanıram ki, növbəti matçlarda bunu aradan qaldıracağıq”.
Ramin Quliyev: “Ağır qələbə oldu. Ümumilikdə komandada qələbəyə inam yox idi. 4-cü aya keçirdi ki, “Sabah” qələbə qazanmamışdı. Yenə deyirəm, ağır qələbə oldu, ancaq ağırlığı qədər də şirinliyi var. Bu gün meydanda komanda ruhunu gördük. Məhz bu istək sonda qələbəyə gətirib çıxardı. Öncə onu vurğulayım ki, 8 futbolçumuzun millilərə yollanması komanda şəklində toparlanmağımız yönündə bir qədər çətinlik yaratdı. Nəyisə dəyişməyimə gəlincə, “Sabah”da qələbə hissi, ruhu yox idi. Sanki sonuncu olmaqla barışmışdıq. İlk növbədə futbolçularda özünəinam yaratmağa çalışıram. Hələ heç nə itirlməyib, yenə nələrisə dəyişmək olar. Məşqlərə fərqli yanaşmamız oldu. Vaxt az olsa da, bacardığımız qədər nəsə etməyə çalışdıq. Yığma üzvləri 3 gündü ki, komandaya qoşulub, məşqlərə qatılırlar. Təbii ki, az vaxtda böyük planda nəyisə dəyişmək olmur. O da bu gün göründü. Fiziki durum o qədər də yaxşı deyildi. Mən bu posta təyin olunanda adımın qarşısında “müvəqqəti” sözü yazılıb. Buna görə də rəhbərlik qarşıma hansısa hədəf qoymayıb. Bununla belə, bu heyət müəyyən məqsədə çatmaq üçün işarədi. Nəzəri cəhətdən avrokuboklara düşmək şansımızı saxlayırıqsa, niyə də bundan istifadə etməyək?! 2-3 qələbə turnir cədvəlini dəyişəcək. Yadınızdadısa, “Qarabağ”la oyundan sonra Şeydayevla bağlı yenə sual verilmişdi. Orda da qeyd etdim ki, bu gün Ramil potensial olaraq çox keyfiyyətli oyunçudu. Sadəcə, istnilən futbolçunun potensialından aşağı çıxış etdiyi vaxt olur. Fikrimcə, Şeydayevə inam lazım idi. Bu gün də onu sona qədər meydanda saxlamağımın məqsədi o idi ki, özünə inansın. Yaxın zamanda fərqli Şeydayev görəcəksiz. “Səbail”lə matça qədər 7 günümüz var. Ona qədər komanda şəklində daha çox hazırlaşmaq vaxtımız olacaq”.

Gözdən qaçmadı
* Oyundan öncə komandaların isinmə hərəkətləri zamanı “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynov matçın AFFA nümayəndəsi Maşallah Əhmədovla çox isti görüşməklə yadda qaldı. Xatırladaq ki, Hüseynovla Əhmədov bir neçə il öncə bir kamerada dustaq həyatı yaşayıblar.
* Fasilədə Maşallah Əhmədovun darıxmamaq üçün stadionun yaxlınlığında saxladığı maşını silməklə başını qatması gözümüzdən yayınmadı.
* Yığmanın məşqçisi Arif Əsədovla Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev görüşü birgə izləyirdi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.