Sizin reklam burada

Alesio son iki qarşılaşma üçün 16 futzalçı çağırdı

Title
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də səfərdə Slovakiya, 14-də isə Bakı İdman Sarayında Yunanıstan ilə qarşılaşacaq milli komandamız dünən təlim-məşq toplanışına başlayıb. Aprelin 5-dək Bakıda məşq edəcək yığma aprelin 6-dan 10-dək hazırlığı Slovakiyanın Levitse şəhərində davam etdirəcək. Slovakiya ilə qarşılaşmanın ertəsi Bakıya dönəcək komanda Yunanıstanla matça hazırlaşacaq.
Baş məşqçisi Joze Alesio da Silva qarşıdakı iki oyun üçün heyətə 16 futzalçı dəvət edib: Rövşən Hüseynli, Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo, Hadi Əhmədi, Əmir Şocayi, Ramiz Çovdarov, İsa Atayev (hamısı "Araz-Naxçıvan"), Emin Kürdov, Tofiq Mikayılov, Samir Həmzəyev (hamısı EKOL), Cavad Məmmədov, Oqtay Rüstəmli (hər ikisi "Neftçi İK"), Tyaqo ("Salines", Bosniya və Hersoqovina), Eduardo (ACCSS, Fransa), Everton Kardoso ("Levante", İspaniya).
Qeyd edək ki, yığmamız qrupda keçirdiyi 4 oyundan sonra vahid liderdi. Futzalçılarımız uyğun ardıcıllıqla Slovakiyanı (4:1), Yunanıstanı (3:0) və Moldovanı (5:1, 5:3) məğlub edib. Hesabında 12 xal olan yığma son iki görüşün nəticəsindən asılı olmayaraq, qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edib. Bununla belə, Alesionun komandası nüfuzlu yarışa qrup qalibi qismində yüksəlmək əzmindədi. Bunun üçün isə komandamıza son iki oyunda 1 qələbə kifayət edir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.