“Bu qaydalarla azarkeşləri stadionlara buraxmaq olar”
Dünən “Keşlə”nin azarkeş qrupu “Old Wolf”un 3 yaşı tamam oldu. Həm paytaxt təmsilçisinin azarkeşlərini təbrik etmək, həm də fanklubun indiki durumu haqda məlumat almaq üçün dəstənin rəhbəri Elnur Yusifovla əlaqə saxladıq. Fanat qrupunun başçısı əvvəlcə yaranma tarixindən bəhs etdi: “Ümumiyyətlə, mən 2012-ci ildən, hələ komanda “İnter” adlanan vaxtlardan klubun rəsmi fanklubunun üzvü olmuşam. Özləri məni dəvət etmişdilər. Daha sonra “İnter” məlum səbəblərdən zəiflədi. Klubun sponsoru, adı dəyişdirildi. Bu səbəbdən də “İnter”ə azarkeşlik edən bəzi fanatlar klubdan küsdülər. Onların çoxu fanklubdan getdilər və gündən-günə sayımız azaldı. Mən də bu səbəbdən “Old Wolf”u yaratmaq qərarına gəldim. Qrupun adının mənası “Köhnə Canavarlar”dı. Biz “İnter”ə canavar gözü ilə baxırdıq. “Old” sözünün mənası da “köhnə” deməkdi. Yəni köhnə canavarlar bir yerə yığılıb. Bu məqsədlə keçmiş üzvlərimizi fankluba dəvət etməyə başladıq. Bunu tədricən bacardıq. Yeni adla, nəfəslə komandamıza dəstək olmağa başladıq. Şablon səslənsə də, nəticəyə baxmayaraq, yalnız “Keşlə”nin yanında olmağa çalışırıq. Çətinliklərə, əziyyətə rəğmən, heç bir qarşılaşmada komandamızı tək qoymamışıq. Bu işimizi də davam etdirəcəyik. Üç ilin birini nəzərə almasaq, yaxşı işlər görmüşük. Hədəfimiz sayımızı daha da çoxaldıb, “Keşlə”yə istənilən səviyyədə dəstək olmaqdı. Lazım olarsa, fanklub halında yığmanın oyunlarında da iştirak edə bilərik. Hər şeyi zaman göstərəcək”.
Yusifov fürsətdən istifadə edib, Azərbaycan premyer-liqasının oyunlarına azarkeşlərin buraxılmamasına da etiraz etdi: “Ötən ilin martından bu yana ölkədə hökm sürən pandemiya ilə bağlı oyunları stadiondan izləyə, sevimli komandamızın yanında ola bilmirik. Heç məşqini belə izləməyə icazə vermirlər. Bu da bizim üçün çox çətindi. Komanda oynayır, meydanda mübarizə aparır və biz onlara dəstək ola bilmirik. Bu qəribədi. Alışmadığımız, bilmədiyimiz, görmədiyimiz şeydi. Oyundan sonra evə gələndə səsin batmadısa, buna azarkeşlik demək olmaz. Biz axı darıxmışıq. Operativ Qərargahın qərarlarına qarışa bilmərəm. Amma burda qeyri-adilik var. Ticarət obyektləri fəaliyyət göstərir, restoranlar işləyir. Bu qərarları verənlər fikirləşinlər ki, onsuz da Azərbaycanda o qədər böyük azarkeş kütləsi yoxdu. Hər fanklub bacardığı qədər adam toplayıb, oyunlara aparır. Olmaz ki, oyunlardan 2 saat öncə stadionun ətrafına yığışaq, bizi yoxlasınlar, hətta özümüz tibbi maskalarla təmin olunaq. Bundan sonra bir-bir tribunaya buraxsınlar, ara məsafəni gözləməklə komandamıza dəstək olaq. İnanmıram ki, belədə yoluxma artsın. Bu qaydalarla azarkeşləri stadionlara buraxmaq olar”.
İLKİN SULTANLI
Üçyaşlı “Old Wolf”un üzvləri futbol üçün darıxıb

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
"İnter"in futbolçusu Avropa nəhənglərinin hədəfində
- 20 yan 2021 02:20
“Old Wolf” fanklubunun üzvü Füzulidə şəhid oldu
- 22 okt 2020 01:34
“Old Wolf”u üç futbolçu təbrik edib
- 03 apr 2020 05:35
“Old Wolf”un 1 yaşı tamam oldu
- 02 apr 2019 01:59
“Red Black Army” 3 yaşını qeyd etdi
- 05 dek 2018 01:22
"İnter Arena"nın adı dəyişdi
- 23 iy 2018 12:37
“İnter Arena”nın qazonu yayda dəyişdiriləcək
- 16 fev 2018 11:32
“Keşlə”nin avrokuboklarda iştirakına qadağa qoyulmayacaq
- 29 okt 2017 10:41
Keşləli aktyor “İnter”in adını dəyişməsinə sevinir
- 25 okt 2017 12:57
“İnter” oktyabrın 28-də “Keşlə” olacaq
- 06 okt 2017 11:01
“İnter”də yeni icraçı direktor və baş menecer
- 08 sen 2017 01:55
“İnter”dən başqa klublara hörmətsizlik
- 13 avq 2017 01:20
“İnter” “İnter Arena”da qalacaq
- 10 avq 2017 04:32
Futbolumuzda yeni ad: “Keşlə
- 10 avq 2017 04:31
Rauf Əliyev “İnter”dən ayrılmaq istəyir
- 07 avq 2017 08:42