Sizin reklam burada

“Futbol+” qrupunda yığmaya üsyan etdilər

Title
“Erməniyə minamyot satan serblərə məğlubiyyətlə barışa bilmirəm”
Milliylə bağlı ümidlər yenə suya düşdü. Yəqin bu cümlənin mənasını anlamaqda çətinlik çəkmirsiz. Canni de Byazinin başçılıq etdiyi yığma doğma meydanda Serbiyaya 1:2 hesabıyla uduzmaqla seçmə mərhələdə ardıcıl ikinci məğlubiyyətini aldı.
Oyun bitəndən dərhal sonra azarkeşlər sosial şəbəkələrdə milliyə odlu-alovlu statuslar həsr edirdilər. Elə “feysbuk”dakı “Futbol+” qrupunda yazdığımız “Azərbaycan – Serbiya 1:2. Matç haqda fikirləriniz?” statusunun altındakı rəylərdə də vəziyyət ürəkaçan deyildi. Postun altında yer alan fikirlərdən bir neçəsini diqqətinizə çatdırırıq.
Fuad Rustemli: “Biabırçılıq!”
Əkbər Məmmədov-Eminov: “2-ci qolda heç kimin günahı yoxdu. Ədalətli nəticə idi. Erməniyə minamyot satan serblərə məğlubiyyətlə barışa bilmirəm”.
Əbülfəz Qasımov: “Buna oyun demək mümkün deyil”.
Murad Əli İmran: “Millimizin sonadək yanındayam! Mən futbolumuzun inkişafı üçün nə etmişəm ki, nə də tələb edim...”
Vüqar İsmayılov: “Yenə 10 il qocaldım”.
Əsəd Xəlilzadə: “Millimiz yox, milsizimiz. Belə milli olmaz olsun! De Byazi, Namiqi, Ağabalanı, Rəhimi niyə qıraqda qoyurdun? Uduzmaq üçün? Yenə komanda oynayıb, döyüşüb uduzsa, adamı yandırmaz. Nə mübarizə aparırlar, nə top saxlaya bilirlər, nə sürət, nə də düşünülmüş bir oyun var. Bir hucum elə, 90 dəqiqə ora-bura qaç. Baxın Ermənistan yığmasına! Bir balaca qeyrətə gəlin! Sizin üçün əsas puldu! Qısası, bu ölkənin, neftçilərin min bir əziyyətlə çıxardığı neftin pulu haram xoşunuz olsun!”
Nail Azad: “Öndə cəld hücumçu yoxdu. Daim rəqib müdafiəçiləri narahat edə biləcək birini nəzərdə tuturam. Müdafiədə Rəşad Sadıqovun boşluğu hiss olunur. Maksim müdafiəni yaxşı təşkil edə bilmir. Çıxış yolu Ağabala Ramazanovu yığmaya dəvət etmək və Bəhlul Mustafazadəni “Qarabağ”a gətirib, Bədavi ilə çempionatda daim oynadıb, uyğunlaşdırmaqdı”.
Eldar Mehdi: “Mən xaricdə yaşayıram. Ordumuzun sayəsində indi-indi başımızı yuxarı qaldırıb gəzirik. Amma təəssüf ki, bunu futbolla maraqlanan insanlar arasında edə bilmirik”.
Ramon Novruzov: “Bizim milli əla oynayır, amma toyda. İndi də toylar bağlanıb deyə, bizimkilər, ümumiyyətlə, formadan düşüblər”.
Ramiz Huseynov: “Mən özüm də futbol oynamışam, ancaq belə biabırçı futbola baxmaq özü biabırçılıqdı. 90 dəqiqə ərzində təxminən 10 ilimi itirdim əsəbdən. AFFA-da oturanların hər birini qovmaq lazımdı. Futbolu idarə etmək, rüşvət almaq deyil ki, birinci yerdə olasız. Özünüzə başqa iş tapın və imkan verin futbolla futbolu bilənlər məşğul olsun”.
Anar Bayramov: “Dünən Hindistan 0:6 uduzdu. Fikirləşdim ki, 1 milyarddan çox əhalisi var, amma 25-30 oyunçu tapmırlar. Biz 10 milyonuq, hardan tapaq? Bu günümüzə şükür”.
Kamil Dünyamalıyev: “Əsəbləşməmək üçün baxmadım. Azərbaycanda futbol olmayıb, yoxdu, olmayacaq da!”
Ruslan Məmmədov: “Çox bərbad oyun ortaya qoydular. Bu milli ilə heç nəyə nail olmaq mümkün deyil”.
Elmir Məmmədli: “Bu gündən etibarən Azərbaycan milli komandası deyilən bir komanda tanımıram. Bura qədər! Gedin Lüksemburqun oyununa baxın, Portuqaliyanı sürüyür orda. Nə isə”.
İman Məhərrəmov: “Mənim fikrim belədi ki, milli komandanı ləğv edib, ora ayrılan pulları qazi və şəhid ailələrinə bağışlasınlar”.
Ramiz Cabbarov: “8 komanda ilə Bakı çempionatı keçirəndə belə olar”.
İLKİN SULTANLI hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.