Aslan İsmayılov Çapay Sultanovla bağlı xatirəsini bölüşdü
Tanınmış hüquqşünas və ictimai xadim Aslan İsmayılov “feysbuk” hesabında şahmat mövzusuna toxunub. Onun yazdığı statusu müəyyən düzəlişlə sizə təqdim edirik: “Bugünlərdə böyük azərbaycanlı, sağlığında dəyərini almayan, Azərbaycan elmində, tarixində, xüsusilə şahmat məktəbində əvəzedilməz yeri olan Çapay Sultanovun 85 yaşı oldu. Həyatda özümü həm də ona görə xoşbəxt sayıram ki, Bəxtiyar Vahabzadə, Vasif Adıgözəlov, Tofiq Bağırov, İsmayıl Şıxlı, Şirməmməd Hüseynov, Habil Əliyev, Azad Mirzəcanzadə, Xəyyam Mirzəzadə, Ələkbər Məmmədov, Çapay Sultanov, İdris Qasımov və başqa böyük şəxsiyyətlər ilə xoş münasibətim olub. Onlardan çox şey öyrənmişəm, hər biri ilə bağlı çoxlu xatirələrim var və uca Allah imkan versə, həmin xatirələri sizinlə də bölüşəcəm. Onların arasında ən çox təmasda olduğum və öyrəndiyim, "professor" deyə müraciət etdiyim Çapay Sultanov olub. Əhali arasında çox tanınmasa da, adı çəkilənlər sırasında ən parlaq, ən bilikli, ictimai həyatı ən çox bilənlərdən olub.
Sultanov geologiya-minerologiya elmləri doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, dövlət mükafatı laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, şahmat üzrə Əməkdar məşqçi, Beynəlxalq Şahmat Federasiyasının üzvü, Azərbaycan Şahmat Federasiyasının prezidenti olub. Bu gün çoxları onu bir alim, tarixçi, geoloq kimi tanıyır. Professor Azərbaycanın müasir dövrünü 17 kitabda işıqlandırıb. O kitabların hər biri ən azı həqiqi bir doktorluq dissertasiyasından önəmlidi. Onun Azərbaycan şahmat məktəbinin banilərindən biri, 16 il federasiyanın prezidenti olduğunu, Azərbaycanda şahmat məktəbinin formalaşmasında əvəzolunmaz rolunu isə çox az adam bilir. Ancaq onun dövründə Azərbaycanda 42 şahmat məktəbi açılıb. Azərbaycan şahmatçıları nəinki keçmiş SSRİ-də, dünyada da liderlər sırasına yüksəliblər. Məhz Çapay müəllim dünyada ilk dəfə şahmatda kompüterlə hazırlıq sistemi yaradıb. Onun sayəsində dünya çempionu olan Harri Kasparov şahmat tacını qazanan kimi o vaxt Azərbaycanın rəhbəri olan Kamran Bağırovun qarşısında şərt qoyur: ya Sultanov Azərbaycan SSR Şahmat Federasiyasının prezidenti vəzifəsindən azad olunur, ya da Azərbaycanı tərk edir. Kasparov istəyinə nail olur. Bununla da Azərbaycan şahmatının tənəzzülü başlayır. Bu barədə rəhmətlik Çapay müəllim mənə çox hadisə nəql edib. Bu gün isə sizə özümün şahidi olduğum bir xatirəni söyləyəcəm.
Rəhmətlik Çapay müəllimin evi ofisimin lap yaxınlığında - Nizami ilə Qoqol küçələrinin kəsişməsində idi. Bir gün mənə zəng etdi ki, aşağı düş, bir az “Malakan bağı”nda gəzək. Küçəyə düşüb bağa tərəf təzəcə getməyə başlamışdıq ki, bir yaşlı insan ona rus dilində salam verib hal-əhval tutdu. Çapay müəllim bir müddət ona cavab vermədi. Sonra isə qəzəblə “haqqımda yazdığın, təşkil etdiyin donosları sənə bağışlaya bilərəm, ancaq həyatımı həsr etdiyim Azərbaycan şahmat məktəbinin dağıdılmasını sənə heç vaxt bağışlamayacam” deyib hərəkətini davam etdirdi. Həmin adamı tanımadığımdan kimliyini soruşdum, cavab vermədi. Parka daxil olan kimi oturacaqların birinə əyləşdi və dedi: “Bayaq soruşduğun Azərbaycan şahmatının qəbirqazanı, ən istedadlı şahmatçıların qatili, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın dostu, həmfikiri və məsləkdaşı Faiq Həsənovdu”. Həmin gün mənə Həsənovun çox bəd əməllərindən danışdı. Azərbaycanın ən istedadlı şahmatçısı olan Vüqar Həşimova qarşı etdikləri isə əsl düşmənçilik idi. Onun Azərbaycanı tərk etməsinin, haqqında şər-böhtanların yayılmasının da təşkilatçısı Həsənov olmuşdu. Sonralar Həşimovla bağlı böyük bir yazımda onun əməllərini göstərmişdim. Çox təəssüf ki, Ramiz Mehdiyev Prezident Administrasiyasından getsə də, Faiq Həsənov bu gün də federasiyada bəd əməllərini davam etdirir və istəyinə nail olur. Onun məqsədinin bilərəkdən Azərbaycan şahmat məktəbinin məhv edilməsi olmasına isə heç bir şübhəm yoxdu. Əminəm ki, dediklərimi bir çox tanınmış şahmatçımız da təsdiq edər. Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Şahmat Federasiyasının prezidenti olsa da, oranı istədiyi kimi idarə edənin Həsənov olduğu heç kim üçün sirr deyil”.
KƏNAN HƏSƏNOV hazırladı
“Ramiz Mehdiyev getsə də, Faiq Həsənov bu gün də federasiyada bəd əməllərini davam etdirir”

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Yarımçıq qalan oyunun hakimləri dəqişdi
- 02 mar 2020 08:44
“Qarabağ”ın veteranları millini məyus etdi
- 12 in 2019 07:59
Bombardirlərin turu
- 20 mar 2019 12:46
Bombardirdən ikinci dubl
- 24 okt 2018 06:33
Lökbatanda liderlik mübarizəsi
- 03 okt 2018 06:55
Antirekordla bitdi
- 23 may 2018 11:04
Çempionata yekun vuruldu
- 17 may 2018 11:16
Debütant fərqi
- 17 may 2018 10:53
“Binə” - paytaxtın “Xəzər Lənkəran”ı
- 04 apr 2018 05:40
Divizionun mərkəzi oyunu Əliyar Ağayevə tapşırıldı
- 30 mar 2018 12:04
Ölkə çempionatı başa çatdı
- 29 dek 2017 07:27
“Səbail” 2-ci dövrənin qalibidi!
- 08 dek 2017 07:52
“Qəbələ” 7 komandadan çox qol vurdu
- 02 noy 2017 05:47
“CBC Sport”dan növbəti canlı yayın
- 25 okt 2017 12:12
“Marafon” liderliyə yüksəldi
- 09 okt 2017 08:14