Sizin reklam burada

Serblər Bakıya heyran olublar

Title
Serbiya DÇ-2022-nin seçmə mərhələsində milli komandamızı 2:1 hesabıyla məğlub etdi. Slavyanların “Odlar yurdu” səfəri bu dəfə də uğurlu alındı. Onlar A qrupunda qazandıqları 3 xalın sevincini yaşayırlar. Ölkə mətbuatı qarşılaşmanı o qədər də diqqət mərkəzində saxlamayıb. Serbiya mediasında daha çox görüşün videoicmalı və baş məşqçi Draqan Stoykoviçin fikirləri tirajlanır. Həmkarlarımızın diqqətimizi çəkən bəzi qeydlərini nəzərinizə çatdırırıq.
Zurnal.rs portalı bir sıra futbolçulardan və baş məşqçidən eksklüziv müsahibələr alıb. Diqqətimizi çəkən isə qarşılaşmadan bir neçə saat öncə yayınlanan Draqan Stoykoviçin müsahibəsindən bir hissə oldu. Serbiyalı mütəxəssis Bakıda qarşılaşdığı bir hadisəni dilə gətirib: “Azərbaycanın paytaxtında ara küçələrdə gəzdik. Bakının möhtəşəm havası var. Bu, ritualın bir hissəsidi. Təmiz havaya çıxmaq çox gözəldi. Hara gəldiyimizi bilmək vacibdi. Oyunçular buranı sevdilər. Bunu vaxt itkisi adlandırmaq olmaz. Bunlar normal şeylərdi. Şəhərin gözəlliyi, nə qədər təmiz və nizamlı olması bizə müsbət təsir etdi. Sadəcə, gəzdiyimiz üç məkan belə bizə Bakıdan gözəl anlar xatırladacaq”.
SRBİJASport.net portalı “CİCİNİN PEŞƏKAR Bucağı: Serbiya oyunçuları” adlı məqalə hazırlayıb. Həmin yazının tərcüməsini diqqətinizə çatdırırıq: “DÇ-2022-nin seçmə mərhələsinin ilk üç matçını geridə qoyduq. Serbiya Belqradda İrlandiyanı 3:2 məğlub etdi. Portuqaliya ilə 2:2-lik heç-heçəyə razı olduq. Bakıda isə Azərbaycanı 2:1 hesabı ilə üstələdik. Turnir cədvəlindəki mövqeyimiz və qrafik, demək olar ki, gözlənilənlərdən daha çox şey göstərir. Millinin bombardirləri siyahısına Akeksandr Mitroviç 41 qolla başçılıq edir. O, 3 qarşılaşmada 5 qol vurdu. Onun bu bacarığı önündə şlyapa çıxarmaq düşür.
İndiyə kimi keçirdiyimiz 3 matçda xarakter nümayiş etdirdik. Qeyri-müəyyənliklərlə dolu Serbiya milli komandası izlədik. Bütün qarşılaşmalar xoşbəxt sonluqla bitdi. Bütün oyunlarda sanki qumar oynayırdıq. Əbəs yerə deyilmir ki, Allah 3 dəfə kömək edir, bunlardan istifadə etməlisən. Eyni zamandan millinin oyununda əzmkarlıq və inadkarlıq gördük. Azərbaycanla görüşdə fasilədən sonra nəzərəçarpan zəifliklərdən payızda keçiriləcək növbəti oyunlar zamanı danışmaq olar. Həmin anı gözlək. Zamanı gələndə danışacağıq”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.