Sizin reklam burada

Honda Samir Abasovdan şans gözləyir

Title
"Neftçi" "Sumqayıt"la premyer-liqanın 21-ci turunun oyununa hazırlığı davam etdirir. Millinin heyətində Serbiyaya qarşı görüşdə iştirak edən Emin Mahmudovla Anton Krivotsyuk dünən baş tutan məşqə qatılmayıb. Əvəzində yığmanın son matçını buraxan Namiq Ələsgərov və zədəsini sağaldan Fəhmin Muradbəyli komanda ilə hazırlığa qoşulub. Əhməd Əhmədov və U-21-dən qayıdan Mərt Çelik isə fərdi məşqlə kifayətlənib.
"Neftçi"nin yeni transferi Keysuke Honda klub telekanalına açıqlama verib. Yaponiyalı yarımmüdafiəçi bildirib ki, uyğunlaşma prosesi yaxşı gedir: "Bura gəldiyim ilk gündən hamı mənə qarşı çox mehribandı. Hər kəsdən diqqət görürəm. Bu da mənə xoşdu. "Neftçi"də ilk matçımı keçirdim. Məşqlər qaydasındadı. Növbəti rəqib “Sumqayıt”ın oyunlarını özüm üçün təhlil etmişəm. Necə komandaya qarşı oynayacağımızı bilirəm. Aqressiv çıxış edirlər. Bütün bunları görəndən sonra matçın çətin keçəcəyini düşünürəm. Çempionatın son 8 turuna da hazıram. Amma 100 faiz formada olmaq üçün vaxt lazımdı. Baş məşqçi şans versə, komandama kömək etməyə hazıram. Çempionluq üçün böyük şansımız var. Bu şansdan yararlanmalıyıq. Səviyyəmiz də qalib olmağa imkan verir. Heyətdə təcrübəlilərlə yanaşı, gənc futbolçular da yer alıb. Hamımız birlikdə sonadək mübarizə aparmalıyıq. Təcrübəli futbolçular gənclər üçün nümunə olmalıdı".
Sabir Buqrin isə klub telekanalına hazırlıq prosesi və Mərakeşdə ailə həyatı qurması ilə bağlı danışıb: "Həyat yoldaşım da mənimlə birlikdə Bakıya gəlib. Bu da oyunlara və ən əsası bazar günü keçirəcəyimiz matça daha yaxşı köklənməyimə kömək edəcək. Hamı fasilədən sonra bir-birini gördüyü üçün şaddı. Yüksək əhval-ruhiyyə ilə məşqləri davam etdiririk. İnanıram ki, birgə səyimizin və çalışmağımızın yekununda "Sumqayıt"la qarşılaşmada yaxşı nəticə qazanacağıq".
Xatırladaq ki, aprelin 4-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" oyunu saat 16.30-da başlayacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.