Çərşənbə axşamı AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda birinci divizionun 13-14-cü turundan təxirə salınan 4 görüşdə və 18-ci turun oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
“Kəpəz” – “Qaradağ Lökbatan” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə meydan sahibləri 80 manat cərimə olunub. Qonaqlar da eyni məbləğdə cərimələnib. Buna səbəb klubun nümayəndəsinin oyundan öncə təyin olunan vaxtda iclasda iştirak etməməsidi.
“Turan Tovuz” – “Sumqayıt-2” görüşündə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə alıb ki, bunun da cəriməsi 80 manat təşkil edib. Oyun bitəndən sonra tovuzluların futbolçusu Nurlan Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Səbəbkar 4 oyunu buraxacaq, klub 320 manat cərimə ödəyəcək.
MOİK – “Kəpəz” matçında qonaqların futbolçusu Hikmət Verdiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan qovulub. Onun cəzası 1 oyun olubsa, klubu 20 manat cərimələnib. “Neftçi-2” – “Sumqayıt-2” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından klub 80 manat ziyana düşüb. “Kəpəz” – “Keşlə-2” görüşündə hər iki komandanın 4 futbolçusu sarı vərəqə alıb ki, klublar hərəyə 80 manat “tərləyəcək”.
“Turan Tovuz” – “Zaqatala” oyununda təcili yardım maşını stadiona gələrkən gecikib. Meydan sahibi klub bu səbəbdən 160 manat cərimələnib. Qonaqların isə ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozublar. Bunun cəriməsi 80 manatdı.
Beləliklə, klublara ümumilikdə 1060 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 105 min 760 manata çatıb.

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Qiqauriyə 3 oyun cəza, “Qəbələ”yə 2400 manat cərimə
- 19 mar 2021 02:29
AFFA “Neftçi”ni 4000 manat cərimələdi
- 06 mar 2021 03:04
Matiç “Qarabağ”ı 3000 manat ziyana saldı
- 27 fev 2021 12:33
“Qəbələ”ni “yanğınsöndürən” və Rövlan ziyana saldı
- 25 dek 2020 03:10
AFFA-da 260 manatlıq iclas
- 18 dek 2020 11:54
Divizionda topdaşıyan, xərəkdaşıyan və diktor problemi
- 17 dek 2020 12:42
Divizionda qaydalara riayət olunmur
- 11 dek 2020 10:25
İntizam Komitəsi “Keşlə”ni 3400 manat cərimələdi
- 04 dek 2020 02:40
Premyer-liqanın bir oyunu “qarmağa keçdi”
- 06 noy 2020 07:05
“Qarabağ” 1600 manat ziyana düşdü
- 18 sen 2020 12:18
Tofiq Fətullayev istefa verdi
- 11 sen 2020 10:34
Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat!
- 21 fev 2020 08:51
İntizam Komitəsi Riad Rəfiyevlə Ayxan Abbasova ciddi xəbərdarlıq etdi
- 30 avq 2019 09:35
İntizam Komitəsindən Miçelə 4 oyunluq cəza
- 10 may 2019 02:38
Cərimələr 100 mini ötdü
- 28 fev 2019 08:44