Avropa çempionatının növbəti oyununda Slovakiya ilə qarşılaşacaq futzal yığmamız hazırlığı gündə bir məşqlə davam etdirir. Zədəli olduğuna görə Moldova ilə oyunu buraxan Emin Kürdov da məşqlərə qatılıb. Qolkiper federasiyanın saytına açıqlamasında zədəsini sağaltdığını qeyd edib: “Zədəm sağalıb, heç bir ağrı hiss etmirəm. Təxminən 20 günlük fasilədən sonra komanda ilə birgə məşqlərdə iştirak edirəm, ikitərəfli oyunlarda qapıda dayanıram”.
Amma zədə üzündən bir müddət məşqlərdən kənarda qalması Kürdov üçün müəyyən problemlər yaradıb: “Əsas çətinlik oyun təcrübəsinin olmaması ilə bağlıdı. Məşqlərdə iştirak edirəm, amma qapını hiss etmək və koordinasiya ilə bağlı çətinliyim var. Bu da tədricən düzələcək”.
Təcrubəli qolkiper komandada ab-havanın yaxşı olduğunu da vurğulayıb: “Komandada ab-hava yaxşıdı. Məşqlərdə hamı həvəslə çalışır. Düzdü, hazırda tam heyətlə məşq keçmirik. Çünki ölkə xaricində çıxış edən futzalçılarımız hələ komandaya qoşulmayıb. Onlar sabah başlayacaq toplanış müddətində Bakıya gələcəklər. Komanda tam komplektləşəndən sonra hər şey bilinəcək”.
Emin Slovakiya ilə oyuna ancaq qələbə qazanmaq üçün yollanacaqlarını bildirib: “Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etsək də, məsələ bizim üçün yekunlaşmayıb. Son 2 oyunda da maksimum xal qazanmaq üçün mübarizə aparacağıq. İstəyirik qitə birinciliyinə qrup lideri kimi yollanaq. Bu məqsədə Slovakiyada çatmalıyıq. Top yumru, meydan isə düzdü, bəzən hər şey istədiyin kimi getmir. Ona görə daha bir limitimiz olacaq. Söhbət Bakıda keçirəcəyimiz Yunanıstan yığması ilə görüşdən gedir. Doğma meydan amili oyunlarda bizə həmişə üstünlük verir. Ancaq bu son variantdı. Biz liderliyi Slovakiya yığması ilə oyunda təmin etmək istəyirik. Həm də qazanılan hər qələbə reytinq xalı gətirir. Ona görə stimul hər zaman var”.
“Liderliyi Slovakiya ilə oyunda təmin etmək istəyirik”

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Jurnalistlər Moldova ilə oyuna da buraxılmayacaq
- 03 mar 2021 09:45
Alesionu legionerlərin milliyə qoşulmaması narahat edir
- 27 fev 2021 12:47
Rövşən Hüseynli: “Səfərə bir məqsədlə yollanacağıq”
- 31 yan 2021 01:30
"Ardıcıl 6-cı dəfə final mərhələsində iştirak etmək istəyirik"
- 30 yan 2021 12:30
“Biz onlardan daha yaxşı komandayıq”
- 30 yan 2021 12:00
Alesionun “sandıqca”sında sürprizlər var
- 27 yan 2021 07:01
İsa Atayev sıraya qayıdır
- 27 yan 2021 06:59
"Favorit Azərbaycan millisidi"
- 25 yan 2021 10:30
Rövşən Hüseynli: "Təcrübəmizin az olması çətinlik yarada bilər"
- 19 yan 2021 11:00
"Qarşılaşmaları kənardan izləmək çox çətin idi"
- 13 yan 2019 06:09
Yığma Sloveniya və Xorvatiya ilə qarşılaşacaq
- 07 avq 2018 05:47
Yığmanın qol ümidi özünü hazır sayır
- 30 yan 2018 04:55
Futzalçılarımız sabah Sloveniyaya yollanır
- 28 yan 2018 02:43
Emin Kürdov “Araz”ın arxayınlığın qurbanı olduğunu düşünür
- 25 okt 2017 12:26
“Araz” “Ekol”un qapıçısını heyətinə qatdı
- 09 okt 2017 08:15