Dünya çempionatının seçmə mərhələsi
A qrupu
267. Azərbaycan - Serbiya
Hakimlər: ROY REYNŞREYBER, David Elias Biton, Sagi Metzamber, David Fuxman (hamısı İsrail).
30 mart. Bakı. Olimpiya stadionu. Saat 20.00

Dünya çempionatının seçmə mərhələsinin A qrupunun 3-cü turunda yığma doğma meydanda Serbiya ilə qarşılaşacaq. Bu, millinin yeni tsikldə evdə keçirəcəyi ilk görüş olacaq. 2 turdan sonra Canni de Byazinin yetirmələri 0, serbiyalılar isə 4 xala malikdi. Draqan Stoykoviçin komandası ilk iki oyunda İrlandiyaya 3:2 hesabıyla qalib gəlib, Portuqaliya ilə heç-heçəyə razılaşıb – 2:2. Yığmamız isə səfərdə pireneylilərə 0:1 uduzub. De Byazinin komandası ötən şənbə A qrupunda müsabiqədənkənar çıxış edən Qətərlə qarşılaşıb. Bu görüş ərəblərin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Yığma təxminən 7 aylıq fasilədən sonra doğma meydanda oyuna çıxacaq. Xatırladaq ki, ötən il sentyabrın 5-də Bakıda keçirilən Millətlər Liqasının ilk qarşılaşmasından sonra Qarabağda baş verən müharibə üzündən millimiz iki oyunu neytral meydanda keçirmək məcburiyyətində qaldı. Serblər aşkar favorit sayılsa da, bu amil rəqibdən xal və xallar almaq ehtimalını azaltmır. Çünki heyətdə itki yoxdu. Serbiyada isə vəziyyət fərqlidi. "Verder"də çıxış edən müdafiəçi Miloş Velkoviç və "Rubin"in hücumçusu Dorde Despotoviç zədə səbəbindən yığmanı tərk edib. "Fiorentina"nın müdafiəçisi Nikola Milenkoviç isə Portuqaliya ilə görüşdə qırmızı vərəqə alıb. Millimizdə yer alan 30 futbolçudan yalnız biri legioner həyatı yaşadığı halda, serblərdə bu rəqəm 28-di.
Bu rəqiblər ölkə Serbiya adlanandan sonra 3 dəfə qarşılaşıb. Bu görüşlərin 2-si AÇ-2008-in seçmə mərhələ matçı, 1-i isə yoldaşlıq görüşü olub. Hər üç qarşılaşmada serblər qələbə qazanıb. Seçmə mərhələdəki görüşlərdə Balkan təmsilçisi 1:0 və 6:1 hesablı qələbələrə sevinibsə, 2015-ci ildəki yoldaşlıq matçında qapımızdan 4 top keçiriblər. Yığmamız isə bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Lakin bu rəqiblər daha əvvəldən tanışdılar. Yuqoslaviya parçalanandan sonra ölkə Serbiya və Çernoqoriya adlanırdı. AÇ-2004-ün seçmə mərhələsində yığmamız bu rəqiblə iki dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların heç birində məğlub olmamışıq. Əsgər Abdullayevin başçılıq etdiyi komanda səfərdə 2:2 hesablı heç-heçə etməyi bacarıb. Köhnə “Şəfa”da, indiki “ASK Arena”da isə bu rəqibi məğlub etmişik - 2:1.
Bu komandaların görüşlərində Nikola Jiqiç 3 qol vurub. İkinci pillədə 2 futbolçu qərarlaşıb. “Çelsi”nin əfsanəvi müdafiəçisi Branislav İvanoviç millimizi 2 dəfə məyus edib. Hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov da 2 dəfə serblərin qapısına yol tapıb.
Serbiya millisi De Byaziyə də yad rəqib deyil. İtaliyalı mütəxəssis Albaniyanın çalışdırıcısı olarkən bu komanda ilə 2 dəfə üz-üzə gəlib. AÇ-2016-nın seçmə mərhələsində doğma meydanda 0:2 uduzan albanlar Serbiyadakı qarşılaşmada rəqibin qapısından 3 cavabsız top keçirib. De Byazi ilə Draqan Stoykoviç baş məşqçi kimi heç vaxt üz-üzə gəlməyib. Bakıdakı qarşılaşma bu mənada onların karyerasında ilk olacaq.
Azərbaycan
Emil Balayev q 17.04.1994 Qarabağ 10 -14
Mehdi Cənnətov q 26.01.1996 Sumqayıt - -
Şahruddin Məhəmmədəliyev q 12.06.1994 Qarabağ 4 -1
Maksim Medvedev m 26.09.1989 Qarabağ 67 4
Azər Salahlı m 11.04.1994 Keşlə 6 -
Bəhlul Mustafazadə m 27.02.1997 Sabah 11 -
Bədavi Hüseynov m 11.07.1991 Qarabağ 56 -
Anton Krivotsyuk m 20.08.1998 Neftçi 14 -
Abbas Hüseynov m 13.06.1995 Qarabağ 10 -
Şəhriyar Əliyev m 25.12.1992 Keşlə 2 -
Tellur Mütəllimov m 08.04.2005 Sumqayıt 5 -
Amin Seydiyev m 15.11.1998 Sabah 5 -
Elvin Bədəlov m 14.06.1995 Sumqayıt 5 -
Sərtan Taşkın m 08.10.1997 Zirə 1 -
Təmkin Xəlilzadə m 06.08.1993 Sabah 21 3
Elvin Cəfərquliyev m 26.10.2000 Qarabağ - -
Anatoli Nuriyev y 20.05.1996 Minay, Ukrayna 2 -
Vüqar Mustafayev y 05.08.1994 Sumqayıt 7 -
Rəhim Sadıxov y 18.07.1996 Sumqayıt 6 -
Coşqun Diniyev y 13.09.1995 Sabah 11 -
İsmayıl İbrahimli y 13.02.1998 Qarabağ 5 -
Xəyal Nəcəfov y 19.12.1997 Sumqayıt 2 -
Aleksey İsayev y 09.11.1995 Sabah 2 -
Emin Mahmudov y 27.04.1992 Neftçi 15 1
Toral Bayramov y 23.02.2001 Qarabağ - -
Namiq Ələsgərov h 03.02.1995 Neftçi 22 1
Əli Qurbani h 18.09.1990 Sumqayıt 3 -
Amil Yunanov h 01.06.1993 Səbail 5 -
Ramil Şeydayev h 15.03.1996 Sabah 34 6
Mahir Emreli h 01.07.1997 Qarabağ 25 4
Serbiya
Predraq Raykoviç q 31.10.1995 Reyms, Fransa 18 -
Marko Dmitroviç q 24.01.1992 Eybar, İspaniya 18 -
Dorde Nikoliç q 13.05.1997 Bazel, İsveçrə - -
Stefan Mitroviç m 22.05.1990 Strasbur, Fransa 23 -
Uroş Spayiç m 13.02.1993 Feyenoord, Niderland 14 -
Strahinya Pavloviç m 24.05.2001 Serkl Brügge, Belçika 6 -
Marko Petkoviç m 03.09.1992 Baçka 3 -
Milan Qayiç m 28.01.1996 Srvena Zvezda 1 -
Filip Mladenoviç m 25.08.1991 Legiya, Polşa 16 1
Mixaylo Ristiç y 31.10.1995 Monpelye, Fransa 6 -
Saşa Lukiç y 13.08.1996 Torino, İtaliya 18 -
Uroş Raciç y 17.03.1998 Valensiya, İspaniya 1 -
Nemanya Maksimoviç y 26.01.1995 Xetafe, İspaniya 28 -
Nemanya Qudel y 16.11.1991 Sevilya, İspaniya 35 1
Nemanya Radonyiç y 15.02.1996 Herta, Almaniya 21 4
Duşan Tadiç y 20.11.1988 Ayaks, Niderland 75 16
Nenad Kristiç y 03.07.1990 AEK, Yunanıstan 4 -
Sergey Milinkoviç-Saviç y 27.02.1995 Latsio, İtaliya 21 3
Filip Duriciç y 30.01.1992 Sassuolo, İtaliya 31 4
Darko Lazoviç y 15.10.1990 Verona, İtaliya 16 -
Marko Qruyiç y 13.04.1996 Porto, Portuqaliya 9 -
Andriya Zivkoviç y 11.07.1996 PAOK, Yunanıstan 17 -
İvan İliç y 17.03.2001 Verona, İtaliya - -
Filip Kostiç y 01.11.1992 Ayntraxt, Almaniya 37 3
Aleksandar Mitroviç h 16.09.1994 Fulhem, İngiltərə 63 39
Luka Yoviç h 23.12.1995 Ayntraxt, Almaniya 13 5
Duşan Vlahoviç h 28.01.2000 Fiorentina, İtaliya 6 2
1 – futbolçu, 2 – amplua, 3 – doğum tarixi, 4 – çıxış etdiyi klub, 5 – yığmada keçirdiyi oyun sayı, 6 – yığmada vurduğu (buraxdığı) qol sayı.

Son xəbərlər

Şahruddin ən çox seyv edən qapıçılar siyahısında - Avroliqa

Avropa liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Millimiz dünya çempionatında ilk oyununa çıxır

"Qarabağ" yenə Azərbaycanın əmsalını artırdı

"Deməyə sözümüz yoxdu" - "Olimpiakos"un futbolçusu

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

AFFA "Qarabağ" və "Neftçi"ni azarkeşlərinə görə 4 min manat cərimələdi

Bütün xəbərlər