
Ölkə futbolu
340
28.03.2021, 19:52
"Səbail" yoxlama oyununda qalib gəldi
Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə “Səbail” dünən yoxlama oyunu keçirib. "Dənizçilər" "Keşlə” ilə üz-üzə gəlib. “ASK Arena”da baş tutan görüşdə “Səbail” qələbə qazanıb - 2:1. Oyunun 60-cı dəqiqəsində Florian Kadriu, 75-ci dəqiqədə isə Luka İmnadze fərqlənib.
Qeyd edək ki, yoxlama oyununda “Səbail” Futbol Akademiyasının 4 yetirməsi komandanın əsas heyətində iştirak edib.