Sizin reklam burada

"Hərbçilər" "Kəpəz"i darmadağın etdi

Title
Bu gün futbol üzrə ölkə çempionatının 1-ci divizionunda 14-cü turdan təxirə salınan iki oyun keçirilib. "Neftçi-2"nin "Sumqayıt-2"ni darmadağın etməsi gözlənilən idisə, autsayder MOİK-in "Kəpəz"i eyni aqibətə məruz qoyması hər kəsi təəccübləndirib. Yəqin Yaşar Vahabzadə komandasının indiki durumuna görə hansısa izahat tapa biləcək.
14-cü turdan təxirə salınan oyunlar
MOİK - Kəpəz 4:1
Elvin Nəsibov, 27. İlham Allahverdiyev, 62; 80. Hüseyn Hüseynli, 90+1 - Əli Səmədov, 45+3-p.
Neftçi-2 - Sumqayıt-2 6:2
Famil Camalov, 14. Emin Zamanov, 62-p. İsmayıl Zülfüqarlı, 64. Nihad Qurbanlı, 66. Nicat Musayev, 76. Əli Mürsəlov, 90+4 - Tahir Zeynalov, 28. Samir İbrahimov, 34.
1. Turan Tovuz 18 10 7 1 27-11 37
2. Zaqatala 18 12 1 5 38-19 37
3. Neftçi-2 17 11 4 2 35-14 37
4. Sabah-2 16 9 2 5 26-16 29
5. Qarabağ-2 18 8 3 7 23-18 27
6. Kəpəz 18 6 5 7 25-26 23
7. Qaradağ Lökbatan 18 4 5 9 16-27 17
8. MOİK 18 3 5 10 21-39 14
9. Keşlə-2 17 3 3 11 18-40 12
10. Sumqayıt-2 18 2 5 11 16-35 11
Bombardirlər: Bəhruz Teymurov (Zaqatala) - 11, Vidadi Cəfərov (Turan Tovuz) - 10, Kamran Quliyev (Sabah-2) - 9.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.