Sizin reklam burada

"Böyük dəbilqə"də yalnız iki "bürünc"...

Title
Azərbaycan cüdoçuları üçün daha bir yarış uğursuzluqla bitdi. Həmyerlilərimiz martın 26-28-i aralığında Tiflisdə keçirilən "Böyük dəbilqə" turnirində yalnız iki bürünc medal qazana bildilər. Bu gün son iki cüdoçumuz mübarizəyə qoşulub. Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib. Mirzəyev 1/32 finalda qətərli Reda Nafvaya qalib gəlsə də, növbəti mərhələdə özbək Muzaffarbek Turoboyevə uduzub. Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edib. O, türkiyəli Cemal Ərdoğanla üz-üzə gəlib. Görüş Ərdoğanın qələbəsi ilə yekunlaşıb. Bununla da hər iki cüdoçu yarışı erkən başa vurub.
Beləliklə, Gürcüstan paytaxtına 11 cüdoçu (7 kişi və 4 qadın) ilə yollanan yığmamız yalnız Kəramət Hüseynovla (60 kq) Murad Fətiyevin (81 kq) bürünc medalına sevinib. Bunun adı uğursuzluq deyilsə, bəs nədi?
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.