Sizin reklam burada

“Kəpəz”ə sponsorluq etmək istəyən şəxs Gəncəyə gəldi

Title
Fevralın əvvəlində qəzetimizə açıqlama verən Mehman Allahverdiyev “Kəpəz”ə sposnorluq etmək istəyən iş adamının olduğun söyləmişdi. Onu da bildirmişdi ki, Rusiyada yaşayan Şahin Məmmədov Gəncə təmsilçisinə yatırım etmək istəyir. Mehman bəy Rusiyada yaşayan bisnesmenin fevralın sonlarında Gəncəyə gələcəyini və həmin vaxt görüşüb ətraflı müzakirələr aparacaqlarını da vurğulamışdı. Allahverdiyevin dediyi vaxtda onunla yenidən əlaqə saxlayıb Məmmədovla görüşüb-görüşmədəyini soruşduqda məlum oldu ki, iş adamının müəyyən işləri çıxdığından ötən ayın sonunda vətənə dönüşü alınmayıb və Gəncəyə səfəri Novruz bayramına planlaşdırılıb.
Bugünlərdə Gəncədəki etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Məmmədov bayram tətili üçün Azərbaycana gəlib. Onunla görüşün baş tutub-tutmadığını aydınlaşdırmaq üçün dünən Allahverdiyevi aradıq. Ancaq Gəncə futbolunun “xaç atası” gün ərzində zənglərimizə cavab vermədi. Növbəti sayımızda bu məsələyə yenidən toxunacağıq.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.