Sizin reklam burada

Biri "bürünc" qazandı, daha ikisi mübarizəyə qoşulub

Title
Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu üçüncü yeri tutub. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov üçüncü yer uğrunda görüşdə rusiyalı Konstantin Simeonidis ilə qarşılaşmalıydı. Rəqib zədə səbəbindən qarşılaşmadan imtina etdiyinə görə cüdoçumuz qalib elan edilib.
Qadın cüdoçularımızın çıxışı uğurlu alınmayıb. Belə ki, 48 kiloqram çəki dərəcəsində yarışan Aişə Qurbanlı ilk qarşılaşmada slovakiyalı Marusa Stanqara uduzub. Onunla eyni çəkidə mübarizə aparan Leyla Əliyeva isə türkiyəli Gülkader Şentürkü məğlub etsə də, növbəti rəqibi Katarina Kostayanın (Portuqaliya) öhdəsindən gələ bilməyib. Əlli iki kiloqram çəki dərəcəsində yarışan cüdoçularımız Gültac Məmmədəliyeva Anjelika Delqado (ABŞ), Şəfəq Məmmədova Yasmin Cavadyana (Böyük Britaniya) məğlub olublar.
Bu gün daha iki cüdoçumuz mübarizəyə qoşulub. Belə ki, kişilərin yarışında Murad Fətiyev ilk qarşılaşmasını Din Gemer (İsrail), Zelim Tskayev (hər ikisi 81 kq) isə Kenni Bedelə (İtaliya) qarşı keçirəcək. Qeyd edək ki, yarışın birinci günündə 7 idmançımız mübarizə aparıb. Onlardan yalnız 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov bürünc medala sahib olub.
Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.

Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.