Monteneqroda təşkil olunan şahmat festivalı çərçivəsində keçirilən daha bir turnirdə Azərbaycan təmsilçisi Aydın Süleymanlı uğurla çıxış edib. Yarışda iştirak edən şahmatçımız 9 turdan 6,5 xal toplayaraq ikinci yeri tutub. Turnirin qalibi 8,5 xalla Türkiyə şahmatçısı Vahap Sanal olub.
Qeyd edək ki, şahmatçımız festival çərçivəsində bundan əvvəl keçirilmiş qrossmeyster normalı yarışda 5,5 xal toplayaraq üçüncü yeri tutub.