Sizin reklam burada

Blatterə növbəti cəza

Title
FİFA-nın sabiq prezidenti Yozef Blatter növbəti dəfə cəzalandırılıb. Keçmiş funksioner FİFA-nın Etika Məcəlləsinin bir sıra qaydalarını pozmaqda ittiham olunub.
FİFA-nın mətbuat xidmətinin yaydığı məlumatda Blatterin futbolla bağlı fəaliyyətinə 6 il 8 aylıq qadağa qoyulduğu bildirilib. Onunla yanaşı, təşkilatın sabiq baş katibi Jerom Valke də eyni cəzaya məruz qalıb. Blatter və Valke 1 milyon İsveçrə frankı cərimə də ödəməlidilər. Qeyd edək ki, Blatter və Valkeyə uyğun olaraq 2015 və 2016-cı illərdə tətbiq edilən qadağalar hələ ləğv edilmədiyindən, yeni cəza əvvəlki sanksiyaların müddətinin sona çatmasından sonra qüvvəyə minəcək. Daha əvvəl Blatter ilə Valkenin futbolla bağlı fəaliyyətinə uyğun olaraq, bu il oktyabrın 8-nə və 2025-ci il oktyabrın 8-nə qədər qadağa qoyulmuşdu.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.