Sizin reklam burada

Dieqo Kosta yenidən Portuqaliyada oynayacaq

Title
“Atletiko”nun sabiq oyunçusu Dieqo Kostanın karyerasını 15 ildən sonra vətəni Braziliyada davam etdirəcəyi haqda bir neçə həftə əvvəl yayılan xəbərlər doğru çıxmayıb. Bəzi mənbələr onun “Palmeyras”la ikiillik müqavilə imzaladığını iddia etmişdi.
Lakin səbəbkar futbolçu həyatını “Benfika”da davam etdirəcək. “El Mundo Deportivo”nun xəbərinə inansaq, 32 yaşlı hücumçu Portuqaliya klubu ilə razılığa gəlib. Onun “Benfika” ilə ikiillik müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, Kosta ötən ilin dekabrında“Atletiko” ilə müqaviləsini pozmaqla azad agent statusu qazanıb. Onun Portuqaliyada daha əvvəl 2007-ci ildə “Atletiko”nun oyunçusu kimi icarə əsasında “Braqa”da top qovduğunu da xatırladaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.