Sizin reklam burada

Pirlo ilə Ronaldonun aqibəti necə olacaq?

Title
Son günlər “Yuventus”un baş məşqçi Andrea Pirlo ilə aparıcı futbolçusu Kriştiano Ronaldo haqda müxtəlif xəbərlər dolaşırdı. Artıq rəhbərlik onlarla yolların yayda ayıracağı ilə bağlı iddialara aydınlıq gətirib.
İtaliyanın bir çox mənbələri Turin klubunun fəaliyyətindən narazı olduğu Pirlonu istefaya göndərəcəyini, Ronaldonu isə yayda sabiq komandalarından birinə - ya “Mançester Yunayted”ə, ya da “Real”a satacağını iddia etmişdi. Lakin “Yuventus”un vitse-prezidenti Pavel Nedved belə bir fikirdə olmadıqlarını deyib: “Ronaldo “Yuventus”da qalacaq. O toxunulmazdı. Andrea Pirloya gəlincə, o, gələn mövsümdə də baş məşqçimiz olacaq”.
Son xəbərlərə inansaq, mövsümün sonunda iş yerini dəyişmək istəməyən Ronaldo rəhbərlikdən heyəti daha da gücləndirməyi xahiş edib. İtaliya klubu isə Kriştianonun istəyini yerinə yetirmək və ən əsası onun 31 milyon avroya bərabər olan illik maaşını ödəmək üçün digər hücumçu Paulo Dibalanı baha qiymətə satmağı planlaşdırır.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.