Ronald Kumanın aqibəti böyük ölçüdə müəyyənləşib. “Barselona”nın yeni rəhbərliyi baş məşqçi ilə bağlı qərarını verib.
Bilindiyi kimi, niderlandlı mütəxəssisin klubda qalmaq perspektivi martın 7-də keçirilən prezident seçkisinin nəticəsindən asılı idi. İspaniyanın TV3 kanalının xəbərinə görə, o, növbəti mövsüm də Kataloniya əyalətinin təmsilçisində çalışacaq. Belə ki, bugünlərdə Kumanla klubun yeni prezidenti Xuan Laporta arasında qeyri-rəsmi görüş oub. Görüş zamanı klubun rəhbəri 58 yaşlı çalışdırıcıya dəstəyini dilə gətirib və onu “Barselona”nın baş məşqçisi kimi görməyə davam etmək istədiyini söyləyib. Xatırladaq ki, Kuman “göy-qırmızılar”ı ötən ilin avqustundan çalışdırır. Komanda hazırda La Liqada 28 oyuna 62 xalla 2-ci yeri tutur. Lider isə 66 xal toplayan “Atletiko”du.