Sizin reklam burada

"Qəbələ" hazırlığı davam etdirir

Title
“Qəbələ” premyer-liqada yaranan fasilə dövründə hazırlığı davam etdirir. “Qırmızı-qaralar” milli komandaların oyunları ilə bağlı olan fasilədə Bakıda məşq keçir. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlığı Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Gündə iki dəfə məşq keçən komandanın məşqlərində yalnız Azərbaycanın U-21 yığmasına çağrılan Rüfət Əhmədov iştirak etmir. Hazırlıq prosesinə klubun futbol akademiyasının 5 gənc oyunçusu da qatılıb. “Qəbələ”nın hazırlıq dövründə keçirəcəyi yoxlama oyunlarının yeri və vaxtında bəzi dəyişikliklər olub. “Zirə” ilə oyun martın 26-da keçiriləcək. “Azərsun Arena”dakı matç saat 17.00-da başlayacaq. Azərbaycanın U-21 yığması ilə üç gün sonra “Bakcell Arena”da keçiriləcək oyun saat 16.00-da start götürəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.