Futbol üzrə Azərbaycan 1-ci Divizionunda 13-cü turdan təxirə salınmış oyunlar keçirilib.
"Futbol+" xəbər verir ki, əlverişsiz hava şəraitindən yarıda qalmış və 52-ci dəqiqədən oynanılan “Turan Tovuz” – “Sumqayıt-2” matçında qolsuz bərabərlik qeydə alınıb.
Günün digər matçı isə Gəncədə keçirilib. “Kəpəz” doğma meydanda “Qaradağ Lökbatan” üzərində inamlı qələbə qazanıb.
Birinci Divizion
13-cü turun oyunları
23 mart
Kəpəz – Qaradağ Lökbatan 3:1
Əli Səmədov, 14; 88. Emil Qasımov, 90+9 – Elnur Səmədov, 74.
Turan Tovuz – Sumqayıt-2 0:0
1. Zaqatala 18 12 1 5 38-19 37
2. Turan Tovuz 18 10 7 1 27-11 37
3. Neftçi-2 16 10 4 2 29-12 34
4. Sabah-2 16 9 2 5 26-16 29
5. Qarabağ-2 18 8 3 7 23-18 27
6. Kəpəz 17 6 5 6 24-22 23
7. Qaradağ Lök. 18 4 5 9 16-27 17
8. Keşlə-2 17 3 3 11 18-40 12
9. Sumqayıt-2 17 2 5 10 14-29 11
10. MOİK 17 2 5 10 17-38 11
Bombardirlər: Bəhruz Teymurov (Zaqatala) - 11, Vidadi Cəfərov (Turan Tovuz) - 10.