Futbol üzrə ölkə çempionatının 1-ci divizionunda ayrı-ayrı turlardan təxirə salınan oyunların başlama vaxtı açıqlanıb. 13-cü turdan təxirə salınan iki oyun martın 23-də çərşənbə axşamı keçiriləcək.
23 mart (çərşənbə axşamı)
“Turan Tovuz” – “Sumqayıt-2”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Taleh Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 15:30 (52-ci dəqiqədən etibarən)
“Kəpəz” – “Qaradağ Lökbatan”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Gəncə şəhər stadionu, 15:00 (canlı/pfl.az)
14-cü turdan təxirə salınmış iki görüşün oyun cədvəli də məlum olub. Hər iki qarşılaşma I Divizionun yutub kanalında canlı yayımlanacaq.
28 mart (bazar)
“Neftçi-2” – “Sumqayıt-2”
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 15:00
MOİK – “Kəpəz”
Binə qəsəbə stadionu, 15:00
Qeyd: Azərbaycan milli komandalarının heyətində çox sayda oyunçusu olan “Sabah” klubunun rəsmi müraciətini, Əsasnaməni və “Keşlə”nin rəsmi razılıq məktubunu nəzərə alan PFL “Sabah-2” – “Keşlə-2” oyununu aprelin 28-nə təxirə salıb.