Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.
"Futbol+" xəbər verir ki, həmyerlimiz Türkiyədə Burhan Felek Voleybol Salonunda qadın voleybolçular arasında “Yeşilyurt” (Türkiyə) - “Alba” (Rumıniya) klublarının ikinci final qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Çelenc kuboku uğrunda görüş martın 24-də baş tutacaq.
Qeyd edək ki, görüşün hakimləri italiyalı Vaqni İlaria və həmyerlimiz Konstantin Selindir