Sizin reklam burada

Qara Qarayevin vəziyyətinə aydınlıq gəldi

Title
Zədə səbəbindən millimizin heyətindən çıxarılan Qara Qarayevin durumu bəlli olub.

Ağdam klubundan "Futbol+"ə verilən məlumata görə, yarımmüdafiəçinin sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb. Onun ən azı 10 gün meydana çıxa bilməyəcəyi bildiririlib.

Bu isə o deməkdir ki, millimizin DÇ-2022-nin seçmə mərhələsində ilk 3 oyununu buraxacaq 28 yaşlı futbolçunun aprelin 4-də Premyer Liqanın 21-ci turunda “Keşlə” ilə keçiriləcək səfər matçında iştirakı sual altındadır.

Qara Qarayev durumu ilə bağlı klubun rəsmi saytına açıqlam verib:

"Martın 18-i axşam məşqinin əvvəlində arxa əzələmdə ağrı hiss etdim. Buna görə məşqi başa vura bilmədim. Müayinədən sonra bəlli oldu ki, sağ ayağımda əzələni saran pərdə qatında ikinci dərəcəli yırtıq əmələ gəlib. Milli komandanın həkimi ilə məsləhətləşdik, iki gün sonra təkrar MRT (Maqnit Rezonans Tomoqrafiya) elədik. Millinin həkimi də təkrar müayinədən sonra Serbiya millisi ilə oyun gününə - martın 30-dək məşqlərə qatılmağımın mümkünsüz olduğunu söylədi. Millimizin baş məşqçisi Canni De Byazi ilə görüşdə o, mənə Bakıda qalmağımı və müalicə almağımı məsləhət gördü. Yığmaya dəvət alandan bəri ilk dəfədir ki, millidən ayrı düşürəm. Milli komanda hər birimizin arzusudur. Yığmanın formasını hər zaman şərəflə geyinmişəm. Hər zaman canla-başla millidə oynamağa çalışmışıq. Hazırda komanda yoldaşlarımdan ayrı düşmüşəm və bu durum mənim üçün çox çətindir. Təəssüf ki, idmançı karyerası belədir və bəzən gözlənilməz zədələr baş verir. Yığma komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.